"İnsanlar mənə gülür, uşaqlarsa qorxurlar..."
"Bütün bədənim ağrıyır. Bəzən elə olur ki, ağrılara dözə bilməyərək ağlayıram. Müalicəyə ehtiyacım var. Amma əslində... Kasıbam, hər şeyə ehtiyacım var".
46 yaşlı Surinder Şarma belə deyir. 26 il əvvəl, 20 yaşı olanda bədənində şişlər çıxmağa başlayan, indi bütün vücudu suluqlu şişlərlə örtülən şəxs belə deyir.
XANIM.AZ milli.az istinadən bildirir ki, neyrofibromatoz xəstəsi olan Surinederə bu mərəz atasından keçib.
Kənd dükanında satıcı olan Surinderin aylıq gəliri 150 dollardır və bu səbəbdən onun gərəkli müalicəyə pulu yoxdur.
4 övlad atasının dediyinə görə, bu şişlər, ziyillər onun həyatını alt-üst edib.
"20 yaşımdan bəri qonum-qonşu, tanışlar məndən uzaq gəzir. Şişlər həyatımı məhv etdi. İnsanlar mənə gülür, uşaqlarsa qorxurlar. Müalicəyə pulum yoxdur. Ümid edirəm ki, dövlət yardım edər. Tanrıya və həkimlərə inanıram. Onlar həyatımı puç edən xəstəliyimi sağalda bilərlər", - Surinder Şarma deyib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin