İnsanlar ölümündən əvvəl nə görür? - Tibb bacısı açıqladı
Hospis (Hospis xəstəliyin son mərhələsində olan ölümcül xəstələrə palliativ yardımın göstərilməsi üçün tibbi-sosial müəssisədir) tibb bacısının sözlərinə görə, insanlar ölümündən əvvəl dünyasını dəyişmiş yaxınlarını görürlər.
Publika.az xəbər verir ki, hospis tibb bacısı Penni Smit Tik-Tok-da yayımladığı bir videoda insanların ölümdən əvvəl vəziyyətini açıqlayıb. O bildirib ki, adətən ölüm ayağında olan insanların gözünün qarşısında mərhum yaxınlarının ruhları canlanır.
"İnsan öləndə adətən dünyasını dəyişmiş sevdiyi insanların, bəzən isə ölmüş ev heyvanlarının qarşısında dayandığını görür. Ölən yaxınlarını gözlərinin önündə gördüklərini söyləyən xəstələrim oldu", - Smit bildirib. Onun sözlərinə görə, bir qayda olaraq, belə insanlar tavana və ya otağın küncünə baxırlar.
Hospis işçisi bildirib ki, çox vaxt belə hallarda ölənlərin ailə üzvləri otaqda heç kimin olmadığını deyərək onları reallığa qaytarmağa çalışırlar. Tibb bacısı qeyd edib ki, bunu etmək olmaz, çünki bu, öləndə onların dincliyini pozur. "Ona görə də, ölüm ayağında olan insanların mərhum nənələrini və ya balalarını gördüklərini söylədikdə, bu, tamamilə normaldır" , - o, yekunlaşdırıb.
Başqa bir hospis işçisi isə ölən insanların ən çox hansı peşmançılıqla qarşılaşdığını açıqlayıb. Onun sözlərinə görə, xəstələr ona həyat və sağlamlığı dəyərləndirmədiklərini, əhəmiyyətsiz şeylərə çox enerji sərf etdiklərini, ömür boyu işlədiklərinə və ailələri ilə çox vaxt keçirmədiklərinə görə təəssüfləndiklərini etiraf ediblər.









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri