İnternetdən yemək sifariş etməyin - SƏBƏB

İnternetdən yemək sifariş etməyin - SƏBƏBSon zamanlar sosial şəbəkələrdə satılan müxtəlif "diyetik hazır qidalar", "fit çərəzlər", "detoks menyular" və "kalorisi az paket qidalar" böyük populyarlıq qazanıb. Satıcılar bu məhsulların qısa müddətdə arıqlamağa kömək etdiyini, maddələr mübadiləsini sürətləndirdiyini və orqanizmi zərərsiz şəkildə təmizlədiyini iddia edirlər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu qidaların real effektivliyi və təhlükəsizliyi çox vaxt şübhə altındadır.
Dietoloqlar bildirirlər ki, sosial şəbəkələr üzərindən satılan məhsulların əksəriyyətinin tərkibi tam açıqlanmır və sertifikatlaşdırma prosesi şəffaf deyil. Nəticədə istehlakçı nə qəbul etdiyini dəqiq bilmir. Bəzi hazır "diyetik" qidaların kalorisi isə satıcıların qeyd etdiyindən daha yüksək olur ki, bu da arıqlama prosesinə əks təsir göstərə bilər.
Mütəxəssis dietoterapevtlər qeyd edir ki, insanın çəki problemi yalnız hazır paket qidalarla həll olunmur. Arıqlama prosesində şəxsin sağlamlıq vəziyyəti, hormon balansı, qidalanma tarixi və həyat tərzi nəzərə alınmalıdır. Bu səbəbdən standartlaşdırılmış hazır menyular hər kəs üçün eyni nəticəni vermir.
Mövzu ilə bağlı qida mühəndisləri bildirirlər ki, bəzi satıcılar məhsulları ev şəraitində hazırlayıb "diyetik" adı ilə təqdim edir, lakin onların saxlanma şəraiti və sanitariya tələbləri sual doğurur. Bu isə zəhərlənmə və müxtəlif qida zəncirli xəstəlikləri riski yarada bilər.
Mütəxəssislər tövsiyə edir ki, sosial şəbəkələrdən təsadüfi satıcılardan alınan hazır "diyetik" paketlərə etibar etməkdənsə, qidalanma planını peşəkar dietoloqla birgə hazırlamaq daha sağlam və təhlükəsiz seçimdir. Çünki real nəticə yalnız düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə əldə olunur. 
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 2382   Tarix: 22 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

həkim məsləhəti yay kolleksiyasi yemek reseptleri debli cantalar 2026 xallarin menasi tanınmış qadın simalar atalar sözləri veten haqqinda kosmetika sağlamlığa aid atalar sözləri novruza aid hakisda bayatı fitat xanım az