İntihar edən məşhur jurnalist torpağa tapşırıldı: Valideynsiz,nənə fəryadı ilə... - FOTOLAR
Xanim.az musavat.com-a istinadən faciəvi şəkildə həyatını itirən tanınmış yazar Mövlud Mövludun dəfnindən hazırlanan kiçik reportajı təqdim edir:
Mövlud 1989-cu ildə Bakıda doğulub. Daha doğrusu, Bakının namını bilmədiyimiz kəndində.
Amma o, təpədən dırnağa qədər Qazaxlı idi. Qazax deyəndə gözləri dolur, uçurdu. Hətta söhbətlərin birində "Nizami Cəfərov parlamentdə təkdi", deyib ağlamışdı. O bu qədər kövrək və Qazaxa bağlı idi. Bütün bayramları burada qeyd edirdi, elə bu gün də ənənəsinə sadiq qaldı. Gözləri doluydu, odur ki, dəfni yağmurlu keçdi. Mövlud deyəndə ağlımıza kövrəklik və səmimiyyət gəlir. Hər kəsdə bir az Mövlud var desəm, yalan olmaz. Səhər açılandan bütün media, sosial şəbəkələr Mövlud yazır, kövrəlir, gülür, kimi şəklini, kimi xatirələrini paylaşır.
Ancaq Mövludun ölümü özü kimi isti olmadı, soyuq, qərib və bir az da kimsəsiz oldu. Son 2 ili Mövludla birlikdə işlədim ,bəzən dərdləşirdik, həmişə kövrək, gülərüz amma dərdini saxlamaz, söhbətlər edərdi. Mövludun dayısı da 4 il əvvəl yağmurlu havada dəfn edilib. Qazaxın tarixi hamamından tez-tez yazan Mövlud elə həmin yerdə, Cümə məscidində son dəfə paklanaraq qəbir evinə yola salındı. Çox təəssüf ki valideynlərsiz. Elə həmişə olduğu kimi.Ancaq nənəsi fəryad edirdi: "Mövluddan bir oğlan uşağı yadigar qaldı, onu ailə qəbiristanlığında dəfn etdilər. Beyni bilik dolu sakit Mövludum.
Mənə demişdin bu il də bayramı birlikdə qeyd edəcəyik amma mənə cansız bədənini gətirdin. Mövlud sanki ölməmiş qış yuxusuna gedib yatırdı".












Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir