İntihar etdiyi deyilən 3 ayın gəlininin anası: "Qızımı əri döyüb öldürüb" - VİDEO

İntihar etdiyi deyilən 3 ayın gəlininin anası: "Qızımı əri döyüb öldürüb" - VİDEOFüzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən riyaziyyat müəlliməsi Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir. Mərhumun valideynləri qızlarının hərbçi həyat yoldaşı Ruzi Axundov tərəfindən döyülərək öldürüldüyünü düşünürlər.

Xanim.az BAKU.WS-ə istinadən xəbər verir ki, qızının həyat yoldaşı tərəfindən qətlə yetirildiyini düşünən və qızının ölümünün əsl səbəbini bilmək istəyən ana ATV-nin "Bizimləsən" proqramına üz tutub.

Nisə xanım qızı Afətin heç bir maddi çətinliyinin olmadığını deyib: "Müəllimə işləyirdi, 500-600 manat maaş alırdı. Özünə maşın da almaq istəyirdi. Atası kömək edəcəkdi. Ruzini də sevirdi. Burada başqa səbəblər var. Qızım özünü öldürə bilməzdi. Ruzi yasa da gəlmədi. Düzdür, biz onları dəfn mərasiminə və məclislərə buraxmadıq.

Buna da əsasımız var. Afət ölən günü həyat yoldaşım ondan soruşub ki, qızım niyə belə etdi. Cavab vermək əvəzinə qaçıb gedib. Qapının ağzında hərbi maşına oturub qaçıb. O gündən onu görməmişik. Günahı yox idisə, bizdən qaçmamalıydı.

Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruzi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

Biz Afətin əşyalarını gətirməyə gedəndə divanın üstündə, divarda qan ləkələri var idi. Masanın üstündə yarıyadək içilmiş araq şüşəsi vardı, yanında da stəkanı. Həmin gün Ruzi içkili olub. Qızımı döyüb öldürüb. Sonra da hamını aldatmaq üçün götürüb asıb".

Afətlə yaxın münasibətdə olan qonşu qadın "Bizimləsən" proqramına zəng edərək Afətin əri Ruzinin çox qısqanc olduğunu, hətta onun 12 yaşlı oğluna belə qısqandığını deyib.

Afətin anası proqramda onu da açıqladı ki, Ruzi özünə 2017-ci ilin oktyabr ayında, daha sonra 2018-ci ildə toy etmək üçün onun qabaq qızının adına fərqli tarixlərdə 8 500 və 3 500 manat kredit götürüb.

Afət Şahverdiyevanın atası Valeh Şahverdiyev da qızının intihar etmədiyini düşünür:

"Fevralın 8-də qızımın əri Ruzi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib. Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət "papa, məni evə apar" dedi, o an da keçindi. Onun cəsədi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruzi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və "Semaşko"nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur iki dəfə boğazdan, bir dəfə də ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz".

8 fevral 2019 tarixində ölən Afət 12 noyabr 2018-ci ildə ailə həyatı qurmuşdu.

Mərhumun valideynləri tərəfindən ittiham olunan Afətin həyat yoldaşı Ruzi Axundov deyib ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri onu da qeyd edib ki, hadisədən əvvəl onlar deyib-gülüblər.

Füzuli Rayon Prokurorluğundan bildirilib ki, iş tam obyektiv araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir. Meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.

Xəbərlər     Baxılıb: 2328   Tarix: 05 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

donlar 2026 kosmetoloq adlarin menasi erotik paltar huseyn cavid seirleri şirniyyat ve tortlar cavanlasdirici maskalar kosmetika gülməli hakıştalar novruz bayramına aid bakışta vətən haqqında atalar sözləri salam gulmeli hakista