İş həyatına rəng qatmağın yolları

İş həyatına rəng qatmağın yollarıGördüyümüz işi nə qədər sevməyimizdən asılı olmayaraq stress altında işləmək hər birimizi yora, işdən bezdirə bilər. Bu kimi hallarla rastlaşmamaq üçün daim işimizə rəng qatmağa çalışmalıyıq. Unutmayaq ki, gün ərzində əhvalımızı idarə etmək bilavasitə özümüzdən aslıdır.
Bunun üçün hər şeydən əvvəl yola çıxarkən əhvalınızı müsbətə kökləyin. Günə yaxşı başlamaq üçün o qədər çox hazırlaşmağınıza ehtiyac yoxdur. Səhər ən sevdiyiniz, amma bir o qədər də rahat geyiminizi geyinib ayna qarşısında özünüzə gülümsəyin. Unutmayın ətrafdakılara təsir etməyin ən asan yolu özünə inanmaqdır. Nə olur olsun, özünüzə inanın. Səhər yeməyindən sonra artıq yola çıxa bilərsiniz. Əgər musiqi dinləməyi sevirsinizsə, yolda ən çox sevdiyiniz pozitiv musiqilərə qulaq asın və ya heç nə etmədən sakit formada yolunuzu gedin. Bir sözlə, nə sizi xoşbəxt edirsə, o işi görün.

Zövqlü bir ofis mühiti yaradın
Gününüzün təxminən 8-9 saatını iş yerində keçirirsiniz. Ofisinizdə olan ən xırda əşya belə sizin ovqatınıza bu və ya digər dərəcədə təsir edir. Buna görə də xüsusən öz iş stolunuzu maraqlı əşyalar (rəngarəng qələmlər, kağızlar, suvenirlər, sevdiyiniz insanların şəkilləri, dibçəklər) ilə bəzəyin. Başlanğıcda bu sizə mənasız hərəkət kimi görünə bilər, amma zamanla özünüz bunun işinizə necə müsbət təsir etdiyini görəcəksiniz.

İşlərinizi planlı şəkildə qurun
İş həyatında tarazlıq yaratmaq çox önəmlidir. Bu isə insandan təşkilatçılıq bacarığı tələb edir. İşlərinizi əhəmiyyətlilik dərəcəsinə görə qruplaşdırmağa çalışın. Özünüz üçün prioritet işləri seçin, hansını nə vaxt edəcəyinizi planlaşdırın. Yalnız bu halda uğur əldə edə bilərsiniz.

Fasilə verin
İşinizin sizi yormağa başladığını düşündüyünüz an işlə bağlı bütün fikirlərinizi kənara qoyub istirahət edin. Bu istirahətdən maksimum dərəcədə yararlanmaq üçün isə bir əlinizi kürəyinizə aparın, sinənizi bir şar kimi təsəvvür edin. Şarı doldururmuş kimi sinənizi asta-asta hava ilə doldurun. Bu məşqləri gündə 2-3 dəfə etməyiniz məsləhətdir.
Əgər imkanınız varsa, bu fasiləni çöldə, təmiz havada gəzərək də qiymətləndirə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2200   Tarix: 05 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ

"Allergiya vaxtında müalicə olunmadıqda astmanın yaranmasına gətirib çıxara bilər". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyev

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan

"Blue Zones" layihəsinin qurucusu Dan Buettnerin qeyd etdiyinə görə, Mavi zonalarda (Okinava, Sardiniya, İkariya kimi yerlər) yaşayan insanlar digər cəmiyyətlərlə müqayisədə ən azı dörd qat daha çox lobya istehla

turlar.az

maskalar geyim şəkilləri hamiləlik zeytun yağının faydaları autizm xesteliyi maskaların hazırlanması dondurma reseptləri kosmetika novruz google ziyafet geyimleri gözellik novruz bayrami hakisda