İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı
İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyindən sonra başlayıb. Özünü pis hiss edən Rebekka əvvəlcə bunun qida zəhərlənməsi olduğunu düşünüb. Aylarla çəkən narahatlıqdan sonra isə qarın boşluğunda yayılmış, jele kimi xərçəng mayesi olan müsinlə bağlı diaqnoz qoyulub.
İlk əməliyyatda ondan kor bağırsağı, göbək, mədə pərdəsi və 6 litr müsin çıxarılıb. İkinci əməliyyatda isə dalaq, öd kisəsi, yoğun bağırsaq, uşaqlıq, yumurtalıqlar, mədənin bir hissəsi və digər orqanlarla birlikdə cəmi 13 orqan və orqan hissəsi götürülüb.
Amma bu da bəs etmədi. Kimyaterapiyaya da baxmayaraq, xərçəng geri dönüb. 2022-ci ildə yeni bir müalicəyə ümid etsə də, o da yarımçıq qalıb. Rebekka indi "müalicəolunmaz" xəstə kimi yaşayır. Həkimlər ümidini kəssə də, o, yaşamaq uğrunda mübarizəni davam etdirir.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi