İşıq və qaz pulunun bahalaşması ilə bağlı qərar LƏĞV EDİLSİN

İşıq və qaz pulunun bahalaşması ilə bağlı qərar LƏĞV EDİLSİNTarif Şurasının son qərarı həm ictimaiyyətdə, həm də Milli Məclisin müzakirələrində əsas mövzuya çevrilib.

Deputatların bir qismi bu qərarın zəruriliyindən danışsa da, bəzi millət vəkilləri bu qərarın ləğv edilməsini məqbul sayır.
Qadinsayti.az xəbər verir ki, deputat Fərəc Quliyev qaynarinfo.az-a açıqlamasında bildirdi ki, Tarif Şurasının qərarının ləğv edilməsi ilə bağlı ölkə başçısına çağırış edib:

"Büdcə ilə bağlı müzakirələr aparılarkən Tarif Şurasının qərarının ləğv olunmasını təklif etdim. Və çıxışımda prezident İlham Əliyevə də çağırış etdim ki, bu məsələyə müdaxilə etsin və bu qərarı qüvvədən salsın. Çünki Tarif Şurasının qərarı bir sahəyə deyil, bütün sahələrə təsir edəcək və bahalaşma olacaq. Bildirirlər ki, bu aztəminatlı ailələrə az təsir edəcək. Ancaq 585 adda istehlak səbətini müəyyənləşdirən məhsulların içərisindədir. Bütövlükdə bu sahədə olan hər şey bahalaşacaqsa, onda aztəminatlı ailələr ola bilər az təsir etsin, ancaq digər sahələrdə birbaşa onlara təsir edəcək. Ona görə də komitələrin iclasında təklifimlə çıxış etmişəm və indi də hesab edirəm ki, Tarif Şurasının qərarı ləğv olunmalıdır".

Kommunal xidmətlərin özəlləşdirilməsindən danışan deputat Fərəc Quliyev bildirdi ki, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait itirmiş vəsaitlərdir:

"Mən 7 il əvvəl büdcə müzakirələrində təklif etmişəm ki, işıq, istilik qaz, su və digər kommunal xidmətlər özəl sektora verilsin. Əgər belə olarsa, onlara ayrılan dövlət vəsaiti ayrılmaz. Hətta, bu xidmətlər büdcəyə vergi ödəyərlər. İndiki halda isə bu sahəyə xeyli vəsait ayrılıb. Bu vəsaitin də böyük bir hissəsi itirilmiş vəsaitlərdir, istifadə olunub, silinib və keyfiyyət baxımından heç bir iş görülməyib. Mən hesab edirəm ki, bu sahələrin özəlləşdirilməsi çox vacibdir".

Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Xəbərlər     Baxılıb: 2176   Tarix: 08 dekabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

makiyaj instagram hamilelikde qidalanma geyim dəbləri 2026 geyimi daban agrisi dolu xanimlar ucun donlar kokteyllər kosmetika novruz haqistalari aydin sani tapmaca dostluq gunay