İşıqla bağlı VACİB QƏRAR - Bundan sonra...

"Azərişıq" ASC tərəfindən yüz minlərlə, bəlkə də milyonlarla istehlakçının hüquqları mütəmadi olaraq pozulur.

Hüquqları pozulmuş oxucuların redaksiyaya ünvanlandığı şikayət məktublarında bildirilir ki, ödəniş müddəti başa çatmamış elektrik enerjisinin verilməsi borc səbəbi ilə dayandırılır. "Azərişıq" ASC-nin tabeliyində olan rayon enerji təchizatı idarələri yaşayış binalarının girişində məzmunu qanunvericiliyin tələblərinə uyğun olmayan xəbərdarlıqlar yapışdırırlar. Hətta heç bir borcu olmayan abunəçilərin işığının kəsilməsi faktları da mövcuddur.

Borcu ödəmək üçün "Azərişıq" ASC tərəfindən istehlakçıya verilən müddətlə qanunvericilikdə göstərilən müddət arasında 20 gün fərq var. Yəni, istehlakçı borcu "Azərişığ"ın işçilərinin tələb etdiyi kimi 10 gün deyil, 30 gün ərzində ödəmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər.

"Azərişıq" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş bildiriş barədə məlumatlar və hər bir abunəçiyə göndərdiyi bildiriş qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir, istehlakçıların hüquqlarının kütləvi şəkildə pozulması halı olmaqla sui-istifadə hallarına şərait yaradır.

Belə ki, "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər.

Lakin "Azərişıq" ASC-nin rəsmi internet səhifəsində "Bildiriş nədir?" hissəsində 2017-ci ilin yanvar ayına qədər qeyd edilirdi ki, istehlakçı, bildirişini aldığı tarixdən etibarən 10 təqvim günü ərzində qeyd edilən məbləği müvəkkil banklara ödəməyə borcludur. Göstərilən müddətdə elektrik enerjisinin istehlak məbləği ödənilmədiyi təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə əsasən, təchizatçı abonentə hər hansı bir formada əlavə xəbərdarlıq etmədən elektrik enerjisinin təchizatını dayandırmaq haqqına malikdir. Daha sonra abonentlərə verilən bildirişin izahı göstərilmiş və nümünə üçün bildiriş şəkli yerləşdirilmişdir.

Həmin bildirişdə indi də abunəçinin elektrik enerjisini ödəməli olduğu son tarix göstərilməmişdir. Eyni zamanda bildirişin aşağı hissəsində 4 sayı ilə verilmiş qeyddə bildirilir ki, hesablanmış elektrik enerjisinin haqqı qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmədikdə elektrik enerjisinin verilişi dayandırılacaq.

Abunəçilərin aldığı bildirişlər "Azərişıq" ASC-nin rəsmi internet səhifəsində nümunə kimi göstərilmiş bildiriş ilə eynidir. Məhz bu səbəbdən enerji təchizatı müəssisəsinin işçiləri sui-istifadə hallarına yol verir. Ödəniş müddəti çatmamış elektrik enerjisinin verilməsini "borc var" səbəbi ilə dayandırırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13.2-ci yarımbəndinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər.

Həmin Qaydalara 7 nömrəli əlavə - Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli Ödəniş sənədində - "Ödəmə tarixi: hər ay _ -dən _ -dək" hissəsi olmalıdır.

Lakin yuxarıda göstərilmiş qanunvericiliyin müddəalarına zidd olaraq "Azərişıq" ASC göndərdiyi bildirişdə elektrik enerjisi haqqının ödənilməsinin son gününü və ya bildirişin tarixindən hesablanmaqla 30 gün olmasını göstərmir, bildirişin qeyd hissəsində sadəcə "qanunvericilikdə müəyyən edilmiş müddətdə" istinad edir və bundan sonra tabeliyində olan rayon enerji təchizatı idarələrinin işçiləri bildiriş təqdim edildiyi tarixdən 10 gün sonra işığı kəsirlər, bu barədə yaşayış binalarının girişində elanlar da yapışdırılır.

Hüquqları pozulan şikayətçilərdən biri bizə ünvanlandığı məktubda bildirir ki, "Azərişıq" ASC ilə aylarla yazışmadan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işə qarışmasından sonra saytda 2017-ci ilin yanvar ayında dəyişiklik edilib. Saytda artıq 10 gün məsələsi yığışdırılıb. Düzəliş edilib və 30 gün yazılıb. Amma hər bir abunəçinin aldığı bildirişdə hələ də dəyişiklik edilməyib. Yerli enerji satışı və təchizatı idarələri bundan sui-istifadə edirlər və abunəçilərin hüquqlarının kütləvi şəkildə pozulması hələ də davam edir.

Göründüyü kimi, "Azərişıq" ASC göndərdiyi bildirişdə və rəsmi internet səhifəsində göstərilən məlumatlarda qanunauyğun olmayan və natamam məlumatlar yerləşdirməklə istehlakçıların xidmətin istehlak şərtləri haqqında dəqiq məlumat almaq hüququnu kütləvi şəkildə pozur.
İşıqla bağlı VACİB QƏRAR - Bundan sonra...İşıqla bağlı VACİB QƏRAR - Bundan sonra...

Xəbərlər     Baxılıb: 4573   Tarix: 29 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu