İslam dini yemək qaydaları barədə

İslam dini yemək qaydaları barədəBir çoxları arıqlamaq üçün şam yeməyini yeməkdən imtina edirlər. Halbuki İslam dini şam yeməyini yemək üçün çox təkid edir. İmam Rza (ə) İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Şam yeməyini hətta əgər üç tikə çörəklə duz olsa belə, buraxma".
Indiyə qədər yemək yemək üçün bir çox yerlərə getmisiniz və görmüsünüz ki, bəzi insanlar yemək yeyən zaman başqalarını narahat edərlər. Ya yemək zamanı qaydalara riayət etməzlər. Bu haqda siz heç düşünmüsünüzmü? Heç düşünmüsünüzmü ki, İslam dinində yemək yeməyin qayda və qanunları vardır?
slam dini bizə buyurur ki, acmayınca yemək yeməkdən çəkinin ki, salamat qalasınız. Yeməyə başlayan zaman isə "Bismillah" de.
İslam təlimlərində oxuyuruq ki, yeməyə başlayan zaman duzla başlayın. İmam Əli (ə) buyurur: "Yeməyə başlayan zaman duzla başlayın. Əgər onda olanları bilsəydiniz, dərman yerinə ondan istifadə edərdiniz".
Hər gün çirkli əşylara əl vururuq. Bunun nəticəsində çox sayda xəstəliyə düçar oluruq. İmam Əli (ə) buyurur:"Yeməkdən əvvəl əlləri yumaq ruzini artırar. Gözü gücləndirər".
Böyük İslam dini hər bir şeydə ifratdan çəkinməyə dəvət edir. Eləcə də yemək yeyən zaman. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi yeməkdə ifrat o deməkdir ki, hər nə sevirsən onu yeyirsən.
İmam Sadiq (ə) buyurur: "Nə zaman insanlar yemək yeyən zaman mötədil olar, bədənləri möhkəm olar".
Dünya və axirət səadətini aradan apara bilən amillərdən biri - haram tikədir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim haram tikə yeyər, 40 gün duası qəbul olmaz. Haramdan bitən hər ət parçası cəhənnəmə gedəcəkdir".
Qaynar yemək yeməkdən çəkinin. İmam Əli (ə) buyurur: "Qaynar yeməyi soyumağa qoyun ki, yeyiləsi olsun".
İslamın qadağan etdiyi əməllərdən biri də budur ki, yeməyi üfürməyəsiniz. İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) qadağan etmişdir ki, yeməyi və ya içəcəyi üfürməyəsiniz".
İslam dinində səhər yeməyi çox tövsiyə edilir. İmam Sadiq (ə) buyurur: "Mömin yemək yeməmiş bayıra çıxmasın. Çünki səhər yeməyi ona möhkəmlik verər".
İslam dinində meyvə və göyərti yemək çox tövsiyə edilir.
İslam dini həmçinin yemək yeyən zaman yol getməyi bəyənmir və ondan çəkinməyi buyurur. İmam Sadiq (ə) buyurur: "Yol gedən zaman heç nə yeməyin, məgər o halda ki, məcbur olasınız".
İslam dini həm də yeməyi yaxşı çeynəməyi tövsiyə edir. Hədislərin birində oxuyuruq: "Yeməyi yaxşı çeynəyin, yemək yeyən zaman heç zaman tələsməyin".
İmam Sadiq (ə) buyurur: "Yemək yeməyinizi uzun edin, çünki vaxtı ömrünüzdən hesab edilməz".
Əgər hər birimiz İslam dininin bizə verdiyi bu tövsiyələrə əməl etsək, həm sağlam olarıq və həm də İlahi vacibatları yerinə yetirən zaman gözəl ruhiyyəli olarıq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1989   Tarix: 15 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim dəbləri reseptler geymler 2026 turşu resepti efirde soyunan aparici intim heyat gelinlikler kosmetika klitor maraqlı qızlıq pərdəsi əqrəb burcler haqqinda