İşlərimizi qisa zamanda effektiv həll etməyin yollari

İşlərimizi qisa zamanda effektiv həll etməyin yollariBiz elə bir həyatda yaşayırıq ki,  bir anda milyonlarla hadisə baş verir. Əksəriyyətimiz üçün  bir neçə işi eyni anda həll etməyə çalışmaq, zamanla ayaqlaşmağımızı düşünməyə və hiss etməyə vadar edir.
Amma bir problem var: yalnız insanların 2%-i eyni anda bir neçə tapşırığı həll etməyə qadirdir. Bu o deməkdir ki, insanların  98% -i  öz işlərini vaxtında həll etmək üçün yalnız təlaş içində olurlar.
Aşkardır ki, bizim beynimiz bir neçə işi eyni anda həll etmək üçün yetərli deyil. Beyin bir neçə tapşırıqla eyni anda qarşılaşdıqda "dona" bilər. Araşdırmalar göstərir ki,  biz çox tapşırıqlı rejimdə işlədikdə beynimiz onları həll etmək əvəzinə diqqətimizi tez bir şəkildə bir tapşırıqdan digərinə yönləndirir.
Fəaliyyət planı
Milli.Az dushunce.az-a istinadən bildirir ki, iİnsanların əksəriyyəti eyni anda bir neçə tapşırığı  həll etməyə yönümlü olmasına baxmayaraq, araşdırmalara görə, insanlara bir tapşırıq üçün diqqəti toplamaq   çətin olduğu halda , bir neçə tapşırıq üçün lazım olan diqqəti toplamaq daha da çətindir.
Ruhdan düşməyə tələsməyin. Əgər siz paralel şəkildə bir neçə tapşırığı yerinə yetirməyə gücünüzün yetmədiyini qəbul edirsinizsə , o zaman diqqətinizi bir işə yönləndirəcək və o işi ziyansız həll etməyə kömək edəcək məsləhətlərdən yararlana bilərsiniz:
Telefonu söndürün: Sizə işi həll etməyə mane olacaq hər şeyi təcrid edin - telefonu, televizoru və sizə mane olacaq digər vasitələri söndürün.
İş planı tərtib edin: Əgər siz kompyuter qarşısında yaxud evdə çox vaxt keçirirsinizsə, bu sizə daha da faydalı olacaq. Gününüzə uyğun qrafik tərtib edin - hər tapşırığa müəyyən vaxt təyin edin. Bunu edərkən , yemək aralarını və istirahət vaxtlarını unutmayın.  Beləliklə, siz işləməyə başlayan zaman nə etməli olduğunuzu biləcəksiniz. Həmçinin, bu sizə vaxtınızı sosial şəbəkələrdə boşuna keçirməyi əngəlləyəcək.
Məqsədlər qoyun: Bir işi etməmişdən əvvəl onu hansı məqsədlə edəcəyinizi yaxşı-yaxşı düşünün.  Əgər sizin dəqiq məqsədiniz yoxdursa , siz rahatlıqla öz işinizdən yayınmaya başlayacaqsınız.  Yeni tapşırığı həll etməyə başlamamışdan əvvəl onun fəaliyyətini planlaşdırmaq üçün müəyyən vaxt ayırın.
Sağlam səhər yeməyi qəbul edin: Sağlam səhər yeməyi diqqətinizi gücləndirər və işgörmə potensialınızı artırar.
Meditasiya edin: Araşdırmalar göstərir ki, şərq təcrübəsindən istifadə etmək beyinin funksiyalarını yaxşılaşdırır və diqqətinizi cəmləməyə kömək edir. Meditasiya etmək stressi azaltmağın da ən yaxşı üsullarındandır.
Diqqətlə dinləyin: Mesajları cavablayaraq, xəbərləri oxuyaraq yaxud videolara baxaraq  kimdənsə yeni informasiya qəbul etmək effektiv olmur. Əgər siz kimləsə söhbət edirsinizsə, bu zaman bütün diqqətinizi söhbətə yönləndirməlisiniz.
Nizamı qoruyun: Kompyuterinizdə sizi yayındıracaq hər şeyi nizama salın. Ana səhifədə yalnız sizə lazım olan faylları və proqramları saxlayın.
Fasilələr edin:Araşdırmalar göstərir ki, tapşırığı həll edərkən qısa fasilələr diqqəti  gücləndirir.
Oxuyun: Daha çox məsləhət istəyirsiniz? Bunun üçün strategiyanızı inkişaf etdirəcək yetərli qədər kitablar mövcuddur.
Şübhəsiz ki, bu məsləhətlər sizə bir işin həllinə diqqətinizi toplamağa və həll etməyə kömək edəcək. Daha sonra digər işləri də bu şəkildə həll edəcəksiniz. Nəticədə, işlərinizi vaxtında həll edəcək və bununla da özgüvəniniz artacaqdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1191   Tarix: 28 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

geyim şəkilləri geymler 2026 sade makiyaj sekilleri qara tutun faydalari gözəl xanım bakirəliyin pozulması mexmerek kosmetika vətən haqqında bayatı statuslar sperma bayraq baliq burcu