İsmayıllıda törədilən partlayışın təfərrüatı məlum oldu - FOTO/VİDEO

İsmayıllıda törədilən partlayışın təfərrüatı məlum oldu - FOTO/VİDEOÖtən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib.
Xanim.az xəbər verir ki, iki nəfərin yaralandığı partlayışın bəzi təfərrüatları məlum olub. İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun bazar ərazisinə hərbi təlim qumbarası gətirib, oradakı insanlara hədə-qorxu gəldiyi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarından ibarət əməliyyat qrupu əraziyə gedib və üzərində partlayıcı qurğu olan şəxsi zərərsizləşdirməyə çalışıb. Polis əməkdaşları Zakir Kazımova yaxınlaşan zaman o əlindəki qumbaranı çayxananın qarşısında yük arabasının altına ataraq qaçıb. Əl qumbarası böyük partlayışa səbəb olub, geyim mağazalarının və çayxananın şüşələri sınıb.

Hadisə zamanı bazarda heç kim olmadığı üçün daha böyük faciə baş verməyib və insan tələfatı olmayıb. Çayxanada olan 3 nəfərdən ikisi - rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini, 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törədən Zakir Kazımovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. O, saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda onun əl qumbarasını haradan alması və bazara nə üçün gətirməsinin səbəbi araşdırılır.

mənbə: APA
İsmayıllıda törədilən partlayışın təfərrüatı məlum oldu - FOTO/VİDEOİsmayıllıda törədilən partlayışın təfərrüatı məlum oldu - FOTO/VİDEOİsmayıllıda törədilən partlayışın təfərrüatı məlum oldu - FOTO/VİDEOİsmayıllıda törədilən partlayışın təfərrüatı məlum oldu - FOTO/VİDEOİsmayıllıda törədilən partlayışın təfərrüatı məlum oldu - FOTO/VİDEO

Xəbərlər     Baxılıb: 2063   Tarix: 11 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

aksessuarlar gelinlikler geyim dəbləri tanınmış qadın simalar gozlerin bezenmesi veten haqqinda atalar sozu hekayələr kosmetika bürcler birlik haqqinda cantalar veten haqqinda bayati cinsi