İspanaq orqanizmi cavanlaşdırır
İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.
Onun tərkibində A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar.
İspanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:
- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır
- orqanizmdən ziyanlı maddələri xaric edir
- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir
- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır
- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır
- mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir
- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
- sinir sistemi üçün faydalıdır
- damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir
- göz sağlamlığını qoruyur.
Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir.
Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.
İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi