İştahı idarə edən beyin hüceyrələri kəşf edildi

İştahı idarə edən beyin hüceyrələri kəşf edildiYeməkdən sonra leptin və insulin səviyyəsi artır, bu da hipotalamusa (Hipotalamus bütün onurğalılarda mövcuddur. İnsanda bu orqan badam şəklindədir. Beyin mərkəzləri arasında rabitə yaradır. Bədən tempraturunu,periferik sinir sistemini və hipofizin işləməsini idarə edir. Susuzluq, aclıq hisslərinin mərkəzi olub bədən istiliyini və qan təzyiqini tənzimləyir) təsir edir və aclığı azaldır. Bununla belə, iştahınızı başqa bir şəkildə - dadbilmə reseptorları vasitəsilə tənzimləyə bilərsiniz.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, tanisitlər beyində üçüncü mədəciyin dibini örtən hüceyrələrdir. Onlar dildən məlumat alır və hipotalamusa ötürürlər. Əvvəllər bu hüceyrələrin yalnız şirin dada təsir etdiyinə inanılırdı. Bununla birlikdə, Uorik Universitetinin alimlərinin yeni işi göstərdi ki, onlar da umamiyə - amin turşularının olması ilə əlaqəli məşhur "beşinci dad"a cavab verirlər.
Təcrübələr zamanı alimlər tanisitlərin güclü və sürətli reaksiyasını təmin edən amin turşuları əlavə ediblər. ScienceDaily xəbər verir ki, cəmi 30 saniyə ərzində hüceyrələr onları tanıyıb və hipotalamusa məlumat ötürüblər.
Beləliklə, təcrübə göstərib ki, yeməkdən sonra beyində olan amin turşularının səviyyəsi toxluq hissini ötürməkdə mühüm rol oynayır. Bu, çəkiyə nəzarətin yeni üsullarının inkişafı üçün əsas ola bilər.
Məqsəd iştahı azaltmaq və həddindən artıq yeməkdən qorumaqdırsa, o zaman yüksək proteinli pəhrizlərə diqqət yetirmək lazımdır. Amin turşuları əksər heyvan mənşəli məhsullarda (mal əti, donuz əti, hinduşka, yağlı balıq), həmçinin mərcimək, avokado və buğdada olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1234   Tarix: 04 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

reseptler geymler 2026 gozel gorunmek qonaq otaqi dizayni kişi sağlamlığı qarindaki yaglari eritmek gün vurmanın əlamətləri kosmetika xlor lekesi sirniyatlar penis atalar sözü aysel