İştahsızlıq, yuxusuzluq və baş ağrısının səbəbi bilindi

İştahsızlıq, yuxusuzluq və baş ağrısının səbəbi bilindiNeyromediator serotonin insanın əhvalına, iştahasına və yuxusuna olduqca böyük təsir edir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, orqanizmdə serotoninin səviyyəsi azaldıqda insanda diqqətsizlik, huşsuzluq, əhvalın səbəbsiz pisləşməsi, iştahasızlıq, əsəbilik kimi pozulmalar inkişaf edir. Serotoninin azalması həmçinin depressiya, panik atak kimi ağır pozulmaların inkişafına səbəb ola bilər.
Bədəndə serotoninin ifrazını artırmaq üçün sizə bu kimi sadə üsullar kömək edə bilər:
1. Bəzi məhsullar orqanizmdə serotoninin sintezini stimullaşdırır. Bu məhsullar arasında - pendir, şokolad, kakao, hindquşu əti, balıq, banan, xurma, qoz-fındıq.
2. İdmanla məşğul olmaq da serotoninin ifrazını artırır. Lakin bu zaman idman insana zövq verməlidir. Yoqa da serotoninin ifrazını çox yaxşı artırır.
3. Araşdırmalar göstərir ki, massaj orqanizmdə stress hormonlarının səviyyəsini aşağı salır, serotoninin ifrazını artırır.
4. Serotoninin ifrazını artırmaq üçün belə faydalı qarışıqdan da istifadə etmək olar - hərəsindən 200 qr olmaqla kişmiş, ərik qurusu, qoz, 2 limon (qabıqlı) və 1 stəkan bal götürülür. Bütün ingrediyentlər blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Bu qarışıqdan hər gün səhər yeməyindən əvvəl 1 x.q. olmaqla qəbul edin.
Serotonin insanın xoşbəxt, şən əhval ruhiyyə və pozitiv hiss etməsini təmin edən nevrotransmitterdir. Vəzifəsi sinir hüceyrələri arasında elektrik siqnallarını daşımaqdır. Serotonin beyində ifraz edilir. Mərkəzi sinir sistemində və mədə-bağırsaq kanalında yerləşir. Mərkəzi sinir sistemindəki serotonin ruh halını, yuxunu, iştahı, öyrənmək qabiliyyətini, yaddaşı, cinsi əlaqəni və sosial davranışı tənzimləməyə kömək edir. Mədə-bağırsaqdakı serotoninin vəzifəsi həzmi tənzimləməkdir.
Serotonin çatışmazlığına 3 səbəb:
1. Epifizdə ifrazın azlığı
2. Reseptor regionlarının yetərsiz olması
3. Serotonin ifrazında lazımlı olan triptofan maddəsinin azlığı
Bu 3 kimyəvi pozğunluq meydana gəldiyi zaman, depressiya, obsessiv-kompulsiv pozğunluq, təşviş pozğunluğu, panika, həddindən artıq əsəbilik, insomniya və s. ortaya çıxa bilir.
Serotonin stress əleyhinə təsir mexanizmi ilə əlaqədar olaraq günün müəyyən vaxtlarında qandakı miqdarı dəyişə bilir.
Qeyri-kafi qidalanmaq, bədəni canlı tutmağa kömək edən idman hərəkətləri etməmək, kofein istifadəsi, alkoqol qəbulu, süni qidalar və stress orqanizmin serotonin ifrazını iflasa uğradır.
Bəzi qida məhsulları var ki, onlar təbii antidepressant olaraq orqanizmdə xoşbəxtlik hormonu olan serotonin istehsal edir. Həmin hormon orqanizmdə normal miqdarda olduqda insanın həyata olan həvəsi artır və özünü xoşbəxt hiss edir. Ona görə də bu hormona xoşbəxtlik hormonu da deyilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1420   Tarix: 23 sentyabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qadın geyimi hamilelikde qidalanma yay kolleksiyasi 2026 geyim kolleksiyalari gavalinin faydasi dolça bürcü usaq oyuncaqlari kosmetika kokelmek hamilelik kəlamlar hakistalar haxisda