İstanbul terrorunda Günel də yaralandı - Nazirlikdən AÇIQLAMA
Bu gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.
Qadınsaytı.az Unikal.org-a istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.
Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.
Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.
"Onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır", - deyə məlumatda bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR