İstanbuldakı terrorda öldürülən əslən azərbaycanlı qız kimdir? – FOTO
İstanbulda törədilən terror aktında ölən əslən azərbaycanlı Rusiya vətəndaşı barədə yeni məlumatlar yayılıb.
Mia.az xəbər verir ki, "Reina" gecə klubunda öldürülən Nuranə Həsənovanın şəxsiyyəti haqqında bəzi bilgilər açıqlanıb.
Onun 1988-ci ildə Ukraynada doğulması və bir müddətdən sonra ailəsi Rusiyaya köçdüyü deyilir.
Məlumata görə, Nuranə Həsənova uzun müddət anası və bacısı ilə birgə Ukraynanın Donbas vilayətinin Kramatorsk şəhərində yaşayıb. 9-cu sinifdə oxuyarkən atası onu özü ilə Azərbaycana aparıb. Nuranə Həsənova Yeni il tətilinə dekabrın 30-u Bakıdan, Heydər Əliyev beynəlxalq aeraportundan uçub. N.Həsənovanın valideynləri həmin gün artıq İstanbulda olublar.
Terror aktından sonra valideynləri meyitin tanınmasında iştirak edib. N.Həsənova son illər Bakıda yaşadığından burada dəfn ediləcək.
Xatırladaq ki, Rusiyanın diplomatik mənbələri N.Həsənovanın ölüm xəbərini "Twitter" şəbəkəsi ilə yayıblar. Mərhumun cənazəsinin Bakıya göndəriləcəyi barədə məlumatı da onlar veriblər.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR