İsti hava koronavirusu öldürəcəkmi?

İsti hava koronavirusu öldürəcəkmi?Şimal yarımkürəsində artıq bahar yaxınlaşır. Qış keçdikcə bəziləri COVID-19 pandemiyasının da qışla birlikdə keçəcəyini gözləyir.
Prezident Donald Tramp ötən ay pandemiyanın aprel ayında, temperaturun istilənməyə başladığı vaxt başa çatacağını proqnozlaşdırmışdı.
Bəziləri isə spekulyasiya edir ki, tropik ərazilərdə koronavirusa yoluxma hallarının aşağı olmasına istilik və rütubət səbəb olub.
Bu mümkündür.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Corc Vaşinqton Universitetinin arboviroloqu Kristofer Mores deyir ki, buna çox arxalanmamaq lazımdır.
Mülayim hava şəraiti olan ölkələrdə zökəm və qrip mövsümi xəstəliklərdir. COVID-19 virusu qrip kimi bir tənəffüs xəstəliyidir və zökəmə səbəb olan koronaviruslara çox yaxındır.
Bir qrup alim bu koronavirusların davranışlarına əsaslanaraq COVID-19-un Şimal yarımkürəsində baharın gəlişi ilə azalacağını təxmin edir.
Ancaq bu, o demək deyil ki, virus öləcək. Onların modelləri xəstəliyin növbəti qış yenidən üzə çıxacağını göstərir.
İsti, rütubətli bölgələr
Alimlər zökəm və qriplərin nə üçün mövsümi olduqlarını bilmilər, lakin bunun bir mümkün izahı odur ki, viruslar adətən qışda olduğu kimi hava quru ikən daha rahat yayılır.
Lakin bir qrup digər tədqiqatçıların sözlərinə görə, rütubət COVID-19 virusuna təsir göstərmir. Onlar virusun Çinin soyuq, quru şimalından tutmuş isti, rütubətli cənubuna kimi bir çox regionunda yayıldığını aşkar edib.
Bundan əlavə havanın isti və rütubətli olduğu Sinqapurda da yoluxma halları artır.
İstilik və rütubət qripin də qarşısını tam almır. Bəzi araşdırmalar yoluxmaların ekvatora yaxın bölgələrdə azaldığını göstərir, amma orada qrip hələ də insanların xəstəxanalara yerləşdirimələrinin və ölmələrinin əsas səbəblərindən biri olaraq qalır. 2009-cu ildə yayılan H1N1 qrip pandemiyası zamanı tropik Meksika, Hindistan, Banqladeş, Myanma, İndoneziya və Qvametala ən çox ölüm hallarının olduğu ölkələr arasında idi.
Virus məktəbləri
Qripin Şimal yarımkürəsində yayda azalmasının səbəbi təkcə isti hava deyil. Bunda məktəblərin də böyük rolu var.
Harvard Universitetinin Yoluxucu Xəstəliklərin Dinamikası Mərkəzinin direktoru Mark Lipsitç deyir ki, tədris ilində qrip, su çiçəyi, qızılca və digər tənəffüs xəstəliklərinə yoluxma halları artır. Lakin yay tətilində yoluxma halları azalır.
Hazırda virusun qarşısını almaq məqsədilə bir çox yerlərdə dərslər təxirə salınır. Amma bunun nə qədər təsir edib-etməyəcəyi, hələ ki, bəlli deyil.
Uşaqların COVID-19-un ağır formalarına yoluxma riski az olsa da, onlar virusu daşıya bilərlər. Onların bu epidemiyada nə dərəcədə böyük rol oynadıqları bilinmir.
Lipsitç deyir ki, COVID-19 pandemiyasının yaxında bitməyəcəyinin başqa bir səbəbi odur ki, "yeni virusların qısa müddətli, amma mühüm üstünlükləri olur - əhalidə çox az sayda insan və ya heç kəs onlara qarşı immun olmur".
Bu isə o deməkdir ki, əgər hətta hava şəraiti onlar üçün əlverişli olmasa, onların qarşısını alan heç nə olmayacaq.
Lakin əgər virusun yoluxma sürəti yayda azalsa belə, payızda və ehtimal var ki, hətta növbəti payızda yoluxmalar artacaq. Lipsitçin həmmüəllifi olduğu araşdırmaya əsasən, COVID-19-a yoluxan və sağalan pasientlərin xəstəliyə qarşı immunitetlərinin nə qədər davam edəcəyindən asılı olaraq COVID-19 tez-tez üzə çıxa bilər.
Bu isə onu göstərir ki, vaksin və müalicələrin inkişaf etdirilməsi çox mühümdür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 15 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom