İsti hava şəraitində soyuq qidaların qəbul edilməsi uşaqlarda boğaz ağrılarına səbəb ola bilər

İsti hava şəraitində soyuq qidaların qəbul edilməsi uşaqlarda boğaz ağrılarına səbəb ola bilərUşaqlarda boğaz ağrılarının olması valideynləri çox narahat edir. Udqunarkən kəskin ağrı verən narahatlıq əksər hallarda bakteriyaların səbəb olduğu iltihablanma nəticəsində yaranır, yüksək temperatura gətirib çıxarır.
Milli.Az bildirir ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova AZƏRTAC-a deyib: "İsti hava şəraitində soyuq qidaların qəbul edilməsi boğaz ağrılarına səbəb ola bilər. Həddindən çox soyuq qidalar orqanizmə ziyan vurur. Normal soyuq qidalar, hətta çox soyuq olmayan dondurmalar da uşaqlarda boğaz ağrılarına səbəb olmur. Yalnız xroniki tonzilit, tez-tez anginası olan uşaqların yay fəslində daha tez boğaz ağrısına tutulmaq ehtimalı yüksəkdir".
Boğaz ağrısına əslində istənilən yaşda tutulmaq mümkündür. Lakin 1 yaşına çatmamış uşaqlarda həmin problem nadir halda müşahidə olunur. 4-7 yaş arası uşaqlarda isə ona daha çox rast gəlinir. Ona görə də mütəxəssislər yay aylarında uşaqları soyuqdəymə, isti və günvurmadan qorumağı, onların soyuq su içməsinə icazə verməməyi tövsiyə edirlər.
Həkim-otolarinqoloq deyib: "Valideynlər ilk növbədə uşaqların immunitetlərini artırmaq qayğısına qalmalıdırlar. Güclü immunitet normal həyat tərzi zamanı formalaşır. İnfeksion xəstəliklərdən qorunmaq üçün peyvəndin vurulmasını diqqət mərkəzində saxlamaq lazımdır".
Udqunmaqda, yemək yeyəndə və danışmaqda çətinlik törədən boğaz ağrısı həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir göstərir. Ağrılar adətən bir-iki gün ərzində davam edir. Yüksək hərarət, halsızlıq və bütün bədənə yayılan narahatlıq, süstlük, şiddətli öskürək, boğaz ağrısı bir həftədən artıq davam edərsə, ciddi tədbirlər görmək və həkimə üz tutmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1429   Tarix: 11 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar