İsti havada bu məhsulları yeyin - həm sərinləşdirir, həm qoruyur

İsti havada bu məhsulları yeyin - həm sərinləşdirir, həm qoruyurYay aylarında qəbul edəcəyimiz bu məhsullar həm sərinləşdirir, həm orqanizmimizi vitaminlə təmin edir, həm də çəkimizi qorumağa kömək edə bilər. Bəs onlar hanıslardır?
1. Qarğıdalı
Təzə qarğıdalı yayın favoritləri arasındadır. Milli.Az bildirir ki, 1 stəkan bişmiş qarğıdalıda 5 qram lif var və cəmi 117 kaloridir. Günəşin zərərli şüalarının ziyanlarını aradan qaldırmağa kömək edir.
2. Buzlu qəhvə
Gündə 1 fincan qəhvə dəri xərçəngi riskini azaldır. Bu nəticələr "European Journal of Cancer Prevention" jurnalında yayımlanıb.
3. Albalı
Sağlamlıq üçün faydaları saymaqla bitmir. Albalı suyu gecə keyfiyyətli yuxunun ən yaxşı dərmanıdır. Bu meyvənin tərkibindəki birləşmələr həmçinin arıqlamağa, bədəndəki artıq yağları yandırmağa kömək edir.
4. Pomidor
Yayın yandıcı günəşindən qorumaq üçün kremlərlə yanaşı pomidorun da faydası var. Belə ki, bu məhsulun tərkibindəki likopen günəş yanıqlarından dərini müdafiə edir.
5. Qarpız
Bədəndəki mayenin səviyyəsini qorumağa kömək edir. 92 faizi su olan qarpız həm orqanizmdə faydalı minerallar və vitaminlərin daxil olmasına kömək edəcək, həm də susuzluğunuzu aradan qaldıracaq. Bundan başqa tərkibindəki likopen ilə dərinizi də müdafiə edəcək.
6. Moruq
Xolestrolun azalmasına kömək edən liflərlə zəngindir. 1 stəkan moruq cəmi 64 kaloridir. Bu isə arıqlamağa da kömək edə bilər.
7. Buzlu çay
Müntəzəm çay içmək alzaymer və diabetik xəstəliklər riskini azaldır. Hansı növü olmasından asılı olmayaraq təzə dəmlənmiş çayın içilməsi flavonoidlərin təsirini artırır.
8. Qaragilə
Antioksidan dəyərinə görə tut və nardan sonra üçüncüdür. Bu meyvə əzələlərdəki sərbəst radikalları aradan qaldırır və bu yolla da yorğunluğunuzu azaldır.
9. Çiyələk
1 stəkanı cəmi 50 kalori olan çiyələk C vitamini ilə zəngindir. Bu isə immun sistemini gücləndirməklə yanaşı, dərinizi də gözəlləşdirəcək.
10. Qabaq
Yaşla bağlı olaraq gözdə yaranan zəifləmənin, bəzi xəstəliklərin qarşısını almağa kömək edir.
11. Təzə lobiya
Cəmi 1 stəkan bişmiş lobiya mükəmməl K vitamini qaynağıdır. Güclü və sağlam sümüklər üçün isə bu çox vacibdir. (ölkə.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1249   Tarix: 18 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bir çox insan turşu ilə bağlı bu səhvə yol verir: hansı duzu seçmək lazımdır?

Kələm turşusunun dadlı olub-olmaması ən azı istifadə olunan inqrediyentlərdən asılıdır. Düzgün duz seçmək xüsusilə vacibdir. Kələm turşusu üçün hansı duzdan istifadə etmək lazımdır?. xəbər verir ki, təcrübəli aşpazlar kələ

.

Saç ağarmasının qarşısını ala bilərik?

Ağarmış saçlar, üzdəki qırışlar kimi, qocalığın çoxsaylı əlamətlərindən biri hesab olunur. Bir çox insan saç ağarması prosesini geri qaytarmağın mümkün olub-olmadığı ilə maraqlanır. -ə istinadən bildirir ki, 2021-ci ild

.

ÜST: "Səs-küy insan sağlamlığı üçün gizli təhlükədir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatçıları müəyyən ediblər ki, 85 dB (desibel)-dən yuxarı səkkiz saatlıq fon səs-küyü ürək-damar və həzm sistemlərinin patologiyalarını təhrik edə, həmçinin beyin və eşitmə orqanlar

.

Meditasiyaya necə başlayaq - ruhun bədənlə vəhdəti

Meditasiyaya başlamaq istəyirsinizsə, sadə addımlarla ilkin təcrübəni qazana bilərsiniz. xəbər verir ki, meditasiya düşüncələrinizi sakitləşdirmək, zehni rahatlıq əldə etmək və daxili balans yaratmaq üçün çox təsirli üsuldur

.

İdeal səhər yeməyi necə olmalıdır?

İdeal səhər yeməyi, bədənin günə enerji ilə başlaması üçün lazımlı qida maddələrini təmin etməlidir. Bu yemək balanslı şəkildə karbohidratlar, zülallar, sağlam yağlar, liflər və mikroelementlərlə zəngin olmalıdır. ideal səhə

.

Bu meyvədə gizli spirt var: 5-ni yesəniz elə bil ki, kiçik qab pivə içmisiniz

Banan gündəlik həyatda tez-tez istifadə etdiyimiz sağlam bir meyvə olsa da, tərkibində spirt olmağı ilə təəccübləndirib. -a istinadən xəbər verir ki, qidada spirtin olmasının müxtəlif səbəbləri var. Bunlardan biri təbii fermentasiy

.

Bu insanlara kəsmik yemək tövsiyə olunmur - Təhlükəlidir

Kəsmik faydalı və zülal, kalsium kimi qidalandırıcı maddələrlə zəngindir. Lakin bəzi insanlar üçün bu qidanın istehlakı məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır. kəsmik yeməməsi tövsiyə olunan insanları təqdi

.

Qışda xəstəliklərdən qoruyur, həm də arıqladır

Qışda salatları bəzəyən turp tərkibindəki vitaminlər, minerallar və liflə tam sağlamlıq qaynağıdır. axşam.az-a istinadən bildirir ki, çoxsaylı araşdırmalar nəticəsində turp yeməyin immuniteti gücləndirdiyini sübut edib.

.

Təbii yolla baş ağrısını necə azaltmaq olar?

Baş ağrısını aradan qaldırmaq üçün təbii üsullar bəzən dərmansız rahatlıq gətirə bilər. aşağıda bəzi təsirli üsulları təqdim edir:. Bol maye qəbul edin: Susuzluq baş ağrısının əsas səbəblərindən biridir. Gündə kifayət qədə

turlar.az

sonxeber.az gelinlikler geyim və ayaqqabılar həkim məsləhəti quymaq resepti haqista kəklikotunun faydası dunyanin en seksual qadinlari haxışda laylalar qizliq perdesi toyuq salati şəkərbura