İsti havalarda xaşı nə əvəzləyə bilər?
Xaş tərkibindəki kollagenə və müxtəlif faydalarına görə bir çox insanın sevimli şorbasıdır. Lakin bəzi insanların zövqünə uyğun gəlmir. Həm də xaş soyuq havaların yeməyidir, ağır olduğu üçün onu yaz-yay mövsümündə yemək məsləhət görülmür.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, xaşın faydalarını yaz-yay aylarında da təmin edə biləcək xüsusi bir qidaya ehtiyac var.
Mütəxəssislər bunun yaşıl mərcimək şorbası ola biləcəyini bildirirlər.
Belə ki, yaşıl mərcimək və sümük suyundan hazırlanan şorba xaşdan 10 dəfə çox kollagen ehtiva edir.
Belə ki, bu şorba bədənin ehtiyac duyduğu amin turşuları və zülalları tam təmin edir.
Toxumaların bərpasını və əzələ inkişafını dəstəkləyən sümük suyu və yaşıl mərcimək xüsusilə təbii dəmir, fol turşusu və B vitaminləri ilə zəngindir.
Bədənin ehtiyac duyduğu bir çox vitamin və mineralları ehtiva edən bu şorbanın tərkibində həzm sistemini tənzimləyən jelatin və qlisin kimi maddələr də var. Beləliklə, həzm problemlərinin qarşısını alır və bağırsaq sağlamlığını yaxşılaşdırır. Sağlam həzm sistemi həm də güclü immunitet deməkdir. Bununla yanaşı, immunitet sistemi üçün lazım olan amin turşuları və antioksidantlar da ehtiva edir.
Bu iki qidanın birləşməsi oynaqların sağlamlığını dəstəkləyir, ağrıları azaldır və sümükləri gücləndirir.
Təsirini görmək üçün həftədə ən az 2 gün istehlak etmək lazımdır.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı