İtburnu: qızardıqca keyfiyyəti azalır

İtburnu: qızardıqca keyfiyyəti azalırYabanı kol bitkisi olan itburnunu el arasında bəzən "vəhşi qızılgül" adlandırırlar. Ona hər yerdə - meşə ətraflarında, dağ ətəyində, parkda, çay sahilində və yol kənarında rast gəlmək olar. Bir çox alimlər İranın və Himalayın dağlıq ərazilərini itburnunun vətəni hesab edirlər. İndi Yer kürəsində buzlaq, tundra və səhralardan başqa hər yerdə bitir. Onun giləmeyvələri heyvan və quşları da özünə cəlb edir. İtburnu meyvələri şaxtalar düşənə qədər yığılmalıdır, çünki ən zəif şaxta da onun dərman keyfiyyətlərini məhv edir. Düzgün qurudulan itburnu meyvələrini ağzı bağlı bankada və ya kisədə iki il saxlamaq olar.
İtburnunun narıncı meyvələri faydalı maddələrin ən böyük konsentrasiyasına malikdir. Giləmeyvələr qırmızı rəng alanda tərkibindəki vitaminlərin miqdarı bir qədər azalır. Giləmeyvələrdə olan vitamin və mikroelementlərdən qanazlığı, ateroskleroz və xəstəliklərdən sonra orqanizmin zəifləməsi zamanı istifadə edilir. Həm də giləmeyvələri askorbin turşusunu limon və qarağatdan daha çox özündə saxlayır, o, təbii antioksidantdır, faydalı xüsusiyyətləri arasında bakterisid təsiri də var.
Rusiyada ənənəyə görə, soyuq qış günlərində itburnu giləmeyvələrinin dəmlənilərək içilməsi qışı soyuqdəymə xəstəliklərinə yoluxmadan keçirməyə səbəb olur. Çin təbabətində itburnunun köklərindən istifadə etməklə həzmi gücləndirmək və bağırsaq qurdlarının çıxarılması təcrübədən keçirilib. Tibetdə vərəm, nevrasteniya və ateroskleroz itburnu meyvələri ilə müalicə edilir. Sibirdə balda bişirilmiş itburnu ləçəkləri ilə qızıl yel xəstəliyi müalicə edilirdi. Bitkinin köklərdən alınan cövhər ayaq göbələyini sağaldır.
Xalq təbabətində bitkinin bütün hissələrindən - çiçək, meyvə, yarpaq və köklərindən istifadə edilir. Həmin məhsullardan alınan təbii vasitə artritin, qan azlıqları, sidik-cinsiyyət üzvlərinin müalicəsində istifadə olunur. İtburnudan hazırlanan məlhəmlər dermatit, ekzema, trofik yara, yanıqlar, donmalar və psoriazın müalicəsində tətbiq edilir. Sətəlcəm, difteriya, skarlatin, göyöskürək zaman itburnu ekstraktı, sirop və cövhərı çox xeyirlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1794   Tarix: 03 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gozel gorunmek toy makiyaji sekilleri kosmetoloq azerbaycan haqqinda hicab bağlamaq qis salatlari saclarin yigilmasi kosmetika gözellik badambura muellim seiri qadin saglamlig dieta