Hamam dəsmalı istifadə edən bütün ailələrə xəbərdarlıq

Hamam dəsmalı istifadə edən bütün ailələrə xəbərdarlıqGündəlik həyatda mütəmadi istifadə olunan hamam dəsmalları ilə bağlı mütəxəssislər ciddi xəbərdarlıq edib. Təhlükəsizlik və təmizlik məqsədilə istifadə olunan bu dəsmallar, əslində, diqqət yetirilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusilə qış aylarında havaların soyuması və evlərin daha az havalandırılması nəticəsində hamamda hava uzun müddət nəm qalır. Bu isə dəsmallarda bakteriya artımını sürətləndirir. Ona görə də dəsmalların nəmli vəziyyətdə qalmasına yol verilməməli, tam qurumasına xüsusi diqqət göstərilməlidir.
Böyük Britaniyadakı mütəxəssislər dekabr ayından etibarən ailələrə "dəsmalı maksimum 3 istifadədən sonra yumaq" qaydasına əməl etməyi tövsiyə edib. Çünki qış mövsümündə nəm qalan dəsmallar qısa müddətdə bakteriya, kif və maya üçün ideal mühitə çevrilir.
Life Pro mütəxəssisləri xəbərdarlıq edir ki, gigiyenaya diqqət göstərilmədiyi halda nəm dəsmallar E.coli, Staphylococcus, kif və göbələk kimi mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Nəm, bədən yağları və ölü dəri hüceyrələri bu mikroorqanizmlərin dəsmal liflərinə yerləşməsini daha da asanlaşdırır.
2023-cü ildə aparılan araşdırmalar göstərib ki, təmiz görünən dəsmallar belə özünəməxsus mikrobioloji topluluğa malikdir və bu topluluğun tərkibi geyim və çarpayı örtüklərindən xeyli fərqlənir. İnsanlar isə çox vaxt dəsmalların üzərində toplanan bu mikrobların fərqində olmadan onlardan günlərlə istifadə edir. Bədəni qurulayarkən mikroblar dəsmala keçir və dəsmal nəm qaldıqca orada çoxalmağa davam edir.
Ekspertlərə görə, xüsusilə aşağıdakı qruplar üçün risk daha yüksəkdir:
Quruluq və ekzema problemi olanlar
Dərisində çat və zədələnmə olanlar
İmmuniteti zəif olan şəxslər
Sağlam yetkinlərdə də yüngül infeksiyalar ola bilər, lakin qış aylarında immunitetin zəifləməsi bəzi halların ciddi xəstəliklərə çevrilməsinə səbəb ola bilər.
Dəsmallar təkcə bakteriya deyil, mikroskopik nəcis qalıqları və bədən mayeləri də toplaya bilər. Dəsmal yenidən istifadə ediləndə bu maddələr göz, burun, ağız və əllə təmas edir. Bu isə norovirus, MRSA və ciddi E.coli infeksiyaları kimi təhlükəli mikroblara yoluxma riskini artırır.
Life Pro mütəxəssisləri qış aylarında ev daxilində gigiyenaya daha çox diqqət göstərilməsini tövsiyə edir. Çünki ciddi infeksiyaların həm müalicəsi çətindir, həm də baha başa gəlir.
Dəsmalları daha təhlükəsiz istifadə etmək üçün:
Dəsmalları ən gec 3 istifadədən bir yuyun.
Yaxşı havalandırılan yerdə tam qurumağını təmin edin.
Mümkünsə, hamamın pəncərəsini bir qədər açıq saxlayın.
Dəsmalları ailə üzvləri arasında paylaşmayın.
Kif iyi gələn və ya quruduqdan sonra belə nəm qalan dəsmalları dəyişdirin.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1075   Tarix: 30 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

yaz geyimleri 2026 qaşların formalari geyim seçimi xiyarın faydaları aliment almaq badimcan tursusu hazirlanmasi mürəbbə reseptləri kosmetika sağlamlığa aid atalar sözləri tanisliq bahar faydalı məsləhətlər qaynana