İtkin düşən alpinistlər bu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

2017-ci ilin dekabrın 23-dən etibarən itkin düşmüş "Gilavar" Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadənin Quba rayonundan Tufandağ istiqamətində axtarışları aparılır. Axtarışların iki həftədir davam etməsinə baxmayaraq, hələlik heç bir nəticə yoxdur. Xilasetmə işləri aparan Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) əməkdaşları itkin düşmüş alpinistlərə aid hər hansı iz aşkarlamayıblar.

Qeyd edək ki, Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadənin Tufandağ zirvəsinə qalxması üçün ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti icazə verib. Alpinistlər Quba rayonu Xınalıq kəndinə "Niva" markalı avtomobillə gediblər, Tufandağa qalxmaq üçün "Qaz-66" ilə Xınalıqdan Şahyaylağa yollanıblar.

İtkin düşən alpinistlərbu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Şahyaylaqdan Mahmuddərə marşrutu üzrə hərəkət edərək Tufandağa yollanıblar. 24 dekabrda, 19:02-də mesaj yazıb Mahmuddərədə gecələyəcəkləri barədə məlumat veriblər.

İtkin düşən alpinistlərbu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Növbəti gün marşrutdan qayıtmalı olan qrupdan xəbər çıxmadığını görən "Gilavar" Klubu bu barədə ETSN-ə məlumat verərək, xilasetmə ilə bağlı hazırlıqlara başlayıb. Departament tərəfindən bu barədə dərhal FHN-ə müvafiq məlumat verilib. 26 dekabrda xilasetmə qrupu yaradılaraq əraziyə göndərilib. 27 dekabrda FHN, DSX, ETSN və FAİREX təşkilatının üzvlərindən ibarət təcrübəli komanda tərəfindən xilasetmə işlərinə başlanılıb.

Nazirliyin məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, 23-25 dekabr tarixlərində Tufandağ massivində 9-13 dərəcə şaxta, 2-5 m/saniyə mülayim şimal-qərb, qərb küləyi olub. Lakin yerli sakinlər bildiriblər ki, 24 dekabrda həmin istiqamətdə tufan müşahidə edilib. Növbəti günlərdə axtarış işləri aparan alpinistlərə bildiriblər ki, dağçıların itdiyi gün hava şəraiti kəskin olub.

"Dekabrın 31-i səhər saatlarında ərazidə işləməyə getdik. Amma elə bir külək, qar çovğunu vardı ki, işləyə bilmədik. Alpinistlərin dağa getdiyi günlərdə - dekabrın 23-24-25-də hava daha pis olub. Xüsusilə 24-ü ikiqat pisləşib", - xilasetmə işlərində iştirak edən könüllülərin biri məlumat paylaşıb.

Könüllülər xilasetmə işlərini aparan qurumlari qeyri-peşəkarlıqda ittiham ediblər. Onlar bildiriblər ki, yerli mütəxəssislər bu sahədə kifayət qədər təcrüəli deyillər, axtarışlardan iki həftəyə yaxın vatın keçməsinə baxmayaraq, heç bir iz tapılmayıb. Alpinistlər və itkin düşənlərin valideynləri xaricdən mütəxəssislər cəlb olmasını təklif ediblər. Dünən isə Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonuna yollanıblar.

İtkin düşən alpinistlərbu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Avstriyalı mütəxəssislərin hansı təkliflər etdiyi, nə işlər aparacaqları bilinmir.

Onu da bildirək ki, itkin düşmüş alpinistlərin üzərində GPS örtücüsü, yaxud ona oxşar bir cihaz olmayıb. Alpinistlərin üzərində mobil telefon olub. Yerli sakinlər bildiriblər ki, əgər onlar özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə, sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 12 gün keçib.

Alpinistlərin qarşılaşdıqları təhlükələr haqqında tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl məlumat paylaşıb.

Dağda alpinistin başına iki yerdə qəza gələ bilər:

1. Hərəkət halında
2. Düşərgədə (bivuak)

Qarlı və buzlu cığırlarda alpinistlər qalça nahiyyəsini qucaqlayan xüsusi sistemləri bir sığorta ipinə bağlayaraq hərəkət edirlər. Buna "bağlama" deyilir. Hər kəs xüsusi buz baltası daşıyır.

İtkin düşən alpinistlərbu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Bağlamada öndəki dağçı və sonuncu mütləq ən təcrübəlisi olur. Alpinistlər arasında məsafə minimum 3 metr ola bilər. Xüsusi təhlükəli yerlərdə öndəki idmançı bağlamada 10-15 metr qabağa buraxılır. Mənim ən çox bəyəndiyim, ritmini tutduğum məsafə 3-5 metr arasıdır. Beş metr daha yaxşıdır. Bağlamada alpinistlər arasındakı məsafə nə qədər qısadırsa, qəza anında qurtulma şansı bir o qədər azdır. İdmançılar arasında bağlamada məsafə nə qədər uzundursa, o qədər uzun ip götürmək lazımdır. İp nə qədər uzundursa, bir o qədər ağırdır. Alpinistlər ağır əşyaları daşımağı sevməzlər.
İtkin düşən alpinistlərbu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Alpinistlərin itkin düşməsinə səbəb olacaq hadisə ya hərəkət anında, ya da düşərgədə baş verə bilərdi. Hərəkət halında baş vermiş qəza zamanı alpinistləri bir ipə bağlı şəkildə, düşərgədə qəza baş verməsi halında isə alpinistləri çadırda tapmalıyıq. Alpinistlər dağda istədikləri yerdən gedə bilməzlər. Hər relyefə uyğun cığırlar mövcuddur. Onlar istədikləri yerdə çadır da qura bilməzlər. Çadırın qapısı küləyin əks istiqamətində, qar uçqunu tutmayacaq yerdə qurulmalıdır.

1. Hərəkət halında qayadan sürüşmə

Normal şərtlərdə idmançıların hamısının birlikdə sürüşməsi mümkün deyil. Öndəki sürüşmüşsə, arxadakı idmançı öz buz baltasını qayaya və buza saplayaraq düşüşü dayandırmalıdır. Arxadakı sürüşəndə də öndəki eyni hərəkəti etməlidir. İdmançılar arasında məsafə nə qədər uzundursa, sürüşməni saxlamaq üçün tələb edilən reaksiya müddəti o qədər uzundur. Çox vaxt bu, bir saniyə ərzində həyata keçirilməlidir. İkinci saniyədən sonra düşən insanı saxlamaq xüsusi ustalıq tələb edir.

Bu qəza növündə üç idmançının birlikdə yuvarlandığını nəzərə alsaq, onlara aid hər hansı bir izə rast gəlmək mümkün olardı.

2. Hərəkət halında qar uçqununa düşmək

Bu qəza növündə alpinistlərin qar uçqunu altında qalması baş verdiyi üçün onların heç bir izinə təsadüf etməmək mümkündür.

3. Hərəkət halında çatlara düşmək

Dağların ətəyində qar xəttindən yuxarı suyun maye halında olması ehtimalı yoxdur. Bu qar xətti Böyük Qafqaz üçün ortalama 3000 metrdir. Tufandağın şimal yamacında qar xəttinin 3000 metr olduğunu düşünsək, oradan yuxarıda daxilində böyük boşluqlar olan çatların mövcudluğunu nəzərə almalıyıq. Qar yağdığı zaman çatların üstü qapandığı üçün ilk baxışdan ayaq basdığınız yerin boşluq olduğunu anlaya bilmirsiniz.
İtkin düşən alpinistlərbu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Çatlara düşməmək üçün yenə də alpinistlər arasında bağlamada məsafə ən az 3 metr olmalıdır. Çox vaxt öndəki çatlara sürüşə bilər. O zaman arxadakı idmançı yenə də 1-2 saniyə ərzində öz buz baltası ilə düşüşü dayandırmalıdır. Buz çatlağına düşmə halında da alpinistlərin heç bir izi qalmaz.

4. Düşərgə halında qar uçqununa düşmək

Düşərgə halında qar uçqununa düşmüş idmançılar bir dəstədən ibarətdirsə, ancaq öz gücləri hesabına qarın altından çıxa bilərlər. Uçqunla gəlmiş qar sement kimi sərt olur. Onu eşərək kənara çıxmaq çətindir (amma mümkündür). Düşərgədə qar uçqununa yaxalanmış idmançılardan da heç bir iz qalmaya bilər.

5. Düşərgə halında ikən qar altında qalmaq

Qar uçqunu bir anda baş versə də, alpinistlər gecə yatarkən üstlərinə yavaş-yavaş yağan qarı hiss etməyə bilərlər. Yəni gecə çadırın ətrafı təmizdir. Amma səhər çadırın hər tərəfi, üstü də qar ilə örtülmüş ola bilər. Çadır çökəkdə qurulubsa, bu qarı təmizləmək praktik olaraq mümkün deyil. Çadırın üstünə yağan qar çadırın içindəki temperaturu artırdığı üçün idmançılara nisbətən isti şəraitdə yatmaq ləzzət edir və qiymətli vaxtı itirirlər. Məhz buna görə artıq sərtləşmiş qarda qazılan mağaraların girişi konfortlu şəraitə baxmayaraq, idmançılar tərəfindən dəfələrlə təmizlənməlidir. Bu qəza növündə də idmançılardan iz qalmaya bilər.
İtkin düşən alpinistlərbu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Böyük ehtimalla, qəza düşərgə halında ikən baş verib. Ya düşərgə halında qar uçqunu, ya da düşərgə halında qar altında qalma.

mənbə: oxu.az
İtkin düşən alpinistlər bu təhlükələrlə üz-üzə qalıb – FOTOLARİtkin düşən alpinistlər bu təhlükələrlə üz-üzə qalıb – FOTOLARİtkin düşən alpinistlər bu təhlükələrlə üz-üzə qalıb – FOTOLAR

Xəbərlər     Baxılıb: 3452   Tarix: 06 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qışda quru dəri problemi artır: Dərinizi necə qorumalısınız?

Qış aylarında havanın temperaturunun aşağı düşməsi və küləyin təsiri dərinin qurumasına, qabıqlanmasına və hətta çatlamasına səbəb olur. Xüsusilə üz, əl və dodaq nahiyəsi soyuğa qarşı daha həssas olur. Mütəxəssislər bildirirlə

.

Gecə yatmazdan əvvəl bunları edin

Keyfiyyətli yuxu həm fiziki, həm də psixoloji sağlamlığın əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, yatmazdan əvvəl bəzi sadə vərdişlərə əməl etmək yuxuya getmə müddətini qısaldır və səhər daha enerjili oyanmağ

.

Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislərin fikrincə bu vərdiş fərqinə varmadan topuq ağrısını artıra bilər. xəbər verir ki, xüsusilə sərt səthlərdə qorunmayan ayaqlar ayağın altındakı toxuman

.

Saxta düyülərə diqqət - Gerçəyindən ayırmaq olmur

Bazarda saxta düyülərin satışa çıxarıldığı ilə bağlı xəbərdarlıqlar edilir. Bildirilir ki, bəzi hallarda plastikə bənzər məhsullarla yanaşı, düyü qırıntıları, nişasta və kartof tozundan hazırlanaraq düyü formasına salınmı

.

Qızdırma, öskürək, qarın ağrısı: Viruslar uşaqları hədəfləyir

Virus infeksiyaları müxtəlifdir və böyük bir qrupundur. xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib. Onun sözlərinə görə

.

Gecələr vanna otağının pəncərəsini açıq qoyanlara bəd XƏBƏR

Mütəmadi havalandırma evlərdə sağlam yaşayış məkanı yaratmaqda əsas addımlardan biri hesab olunur. xəbər verir  ki, mütəxəssislər hər ventilyasiya üsulunun düşünüldüyü qədər faydalı olmadığını deyirlər. Xüsusilə vanna otaqlarınd

.

Hər gün qara çay içməyin 6 möcüzəvi faydası

Dünyada sudan sonra ən çox istehlak edilən içki olan qara çay tərkibindəki güclü antioksidantlar və polifenollar sayəsində orqanizmə çoxşaxəli müsbət təsir göstərir. çayın 6 əsas faydasını təqdim edir:. Qara çayda olan flavonoidlə

.

Yatmazdan əvvəl zeytun yağı və limon "shot"u içməyin möcüzəvi təsirləri

Sağlam qidalanma mütəxəssislərinin və məşhurların tez-tez tövsiyə etdiyi zeytun yağı-limon qarışığı, sadəcə salat sousu deyil, həm də güclü bir detoks vasitəsidir. Yatmazdan əvvəl qəbul edilən bir qaşıq zeytun yağı və bi

.

Qatığın suyunu tökməli, yoxsa içməli?

Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş görünmədiyi" üçün tökürük. Mütəxəssislərin sözlərinə görə həmin suyu tökmək qatığın ən faydalı hissəsini zibil qutusuna atmaq deməkdir.  xəbər verir ki

turlar.az

adlarin menasi gözəllik məhsulları kosmetika mehsullari ayaqda qabar mahuddan tikilen kishi ust geyimi salatlar boyurtken kompotu kosmetika toy gecesi kahfe kali cantalar novruz bayramına aid hakışda gülməli hakıştalar