İTV "Avroviziya-2020"də Azərbaycanı Samirə təmsil edəcək - RƏSMİ

İTV "Avroviziya-2020"də Azərbaycanı Samirə təmsil edəcək - RƏSMİİctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
Şirkətdən Open.az-a bildirilib ki, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.
Məlumata görə, ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samirə Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.
Təmsilçi musiqi prodüserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.
Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samirə Əfəndi "Yeni ulduz", "Böyük Səhnə" (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samirə Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.
Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı "Open up!" ("Açıl!") olan "Avroviziya -2020" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Avroviziya-2020" Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.
/open.az

Şou Biznes     Baxılıb: 1669   Tarix: 02 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Vanlı Kara Haydar"ın işindən xəbər var

Sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan İstanbulda saxlanıldıqdan sonra Van şəhərinə aparılıb. Çağla Öz Tançalanın İstanbuldakı prosedurları başa çatıb

.

Serdar Ortaç illər sonra etiraf etdi

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib. Sənətçi uzun illər həyatına təsir edən bəzi vərdişlərindən uzaqlaşdığını açıqlayıb. -a istinadla xəbər verir ki

.

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

"Dini dəyərləri alçaltma" və "Prezidenti təhqir etmə" ittihamları ilə həbs edilən türkiyəli komediyaçı Deniz Göktaş barəsində ittiham aktı hazırlanıb. xarici mətbuata istinadən xəbər verir ki, İstanbu

.

"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib

"Nikosayağı" kimi tanınan bloqer Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb. O, bu barədə sosial şəbəkədə paylaşım edib. "Bu videonu bəzi bədən üzvlərini itirmiş qazi qardaşları

.

Zabitə Alıyevanın toyudur - Fotolar

Bu gün xanəndə Zabitə Alıyevanın toyudur. İfaçı Sultan adlı bəylə ailə qurur. Cütlüyün toyu paytaxt restoranlarının birində keçirilir. Gecədə şou-biznes nümayəndələri də iştirak edir. Qeyd edək ki, Zabitə Alıyeva Televiziy

.

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin

Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyəti

.

Ülviyyə Əliyevaya ağır itki

Akademik Musiqili Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevaya ağır itki üz verib. xəbər verir ki, sənətçinin atası vəfat edib. Aktrisa atasının vəfat etdiyini -a təsdiqləyib. O bildirib ki, atası ikinci dəfə insult keçiri

.

Türkiyədə məşhurlar saxlanıldı

İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı "Məşhurlara qarşı narkotik araşdırması" çərçivəsində İstanbu

.

"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf

Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib. xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarınd

turlar.az

yay kolleksiyasi toy makiyajlari gelinlikler meyvələrin faydası dişlər yuxa tortu gəlin qaynana kosmetika tərəzi bürcü vətən həsrəti rus dili 2ci ders xərçəng bürcü novruza aid hakışda