İyirmi dəqiqəyə bel ağrılarından xilas olmaq mümkündür?
Alimlər xroniki bel ağrılarını müalicə etmək üçün kök hüceyrə implantı hazırlayıblar. Onun quraşdırılması təxminən 20 dəqiqə çəkir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada xroniki bel ağrısı hallarının demək olar ki, üçdə biri çanaq sümüyü ilə onurğa sütununu birləşdirən oynaqla bağlıdır.
Yaralanma, osteoartrit və ya oynağın aşınması nəticəsində yaranan iltihab buna səbəb ola bilər.
Alimlər kök hüceyrələrin köçürülməsi ilə birgə qeyri-sabitlik problemini həll edə biliblər. Onlar cərrahların 20 dəqiqə ərzində quraşdırdıqları qoz böyüklüyündə implant düzəldiblər.
Qeyd olunur ki, sınaqda 21 yaşdan 70 yaşa qədər xroniki bel ağrısı olan 159 xəstə iştirak edib. Prosedurdan bir il sonra ağrı səviyyəsi orta hesabla 80% azalıb.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi