"Jara" festivalına tamaşaçılar buraxılmayacaq
Bu il "Jara" beynəlxalq musiqi festivalına tamaşaçılar buraxılmayacaq.
Xanim.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov bildirib. Müğənni bu qərarın Moskva vilayətinin qubernatorunun koronavirusla bağlı məhdudiyyətlərlə bağlı fərmanı ilə əlaqədar olduğunu deyib:
"Təəssüf hissi ilə deyirəm ki, "Jara" festivalı 24-27 iyun tarixlərində planlaşdırılan formatda keçirilməyəcək. Moskva vilayəti qubernatorunun məhdudiyyətlərlə bağlı fərmanına əsasən, tamaşaçılar "Krokus Siti Holl"a buraxılmayacaq. Festival tele-formatda lentə alınacaq və Birinci kanalda yayımlanacaq. Bu səbəbdən 2-25-26-27 iyun tarixlərinə olan biletlər etibarsızdır".
Emin həmin biletləri 4 aprel 2022-ci il (Krokus Siti Holl), 27-31 iyul 2022-ci ildə (Bakı) keçiriləcək mükafatlandırma mərasimlərinə, həmçinin, 2021-2022-ci ildə "Krokus Siti Holl"da keçiriləcək istənilən konsertə dəyişməyi təklif edib.
f Paylaş








Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?