"Kainat Gözəli 2025" müsabiqəsinin sahibi barədə həbs qərarı

Tailandda keçirilən və qalmaqallarla yadda qalan "Kainat Gözəli 2025" beynəlxalq gözəllik müsabiqəsinin qalibi 25 yaşlı meksikalı Melissa (Fatima) Boş olub. Lakin yarışma başa çatsa da, onun ətrafındakı qalmaqallar səngimir.
azxeber.com xəbər verir ki, müsabiqənin sahibi, taylandlı media maqnatı Anna Cakkaponq Cakracatutxip dələduzluq və insan alveri ilə bağlı ittihamlarla üzləşib. Onun barəsində 30 milyon batlıq (təxminən 930 min dollar) cinayət işi çərçivəsində həbs qətimkan tədbiri seçilib. Anna məhkəməyə gəlmədiyi üçün hazırda axtarışa verilib.
Bununla paralel olaraq, onun biznes tərəfdaşı barədə Meksikada silah və narkotik qaçaqmalçılığı ilə bağlı istintaq aparılır.
"Associated Press" yazır ki, Annanın sahibi olduğu "JKN Global" 2023-cü ildən maliyyə böhranı yaşayır və investorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün defolta düşüb. Şirkət 2024-cü ildə 3 milyard bat (təxminən 92,6 milyon dollar) borcu ilə bağlı məhkəməyə maliyyə bərpası üçün müraciət edib.
Tayland Qiymətli Kağızlar və Birja Komissiyası isə Anna və şirkətini maliyyə hesabatlarında "yanıldıcı məlumat" verdiyi üçün 4 milyon bat cərimələyib. Qeyd olunur ki, JKN Global 2023-cü ildə müsabiqənin 50% payının meksikalı iş adamı Raul Rocha Cantuya satılmasını investorlara tam açıqlamayıb.
Sanksiyalardan sonra Anna rəhbər vəzifələrdən uzaqlaşıb, amma şirkətdə aksioner olaraq qalıb. O, bu il Bangkokda keçirilən final mərasimində də iştirak etməyib.
Qeyd edək ki, müsabiqənin hüquqları 2022-ci ildən Anna və JKN Global-a məxsusdur. Bundan əvvəl isə yarışma ABŞ-nın keçmiş prezidenti Donald Trampa aid idi.

Şou Biznes     Baxılıb: 1010   Tarix: 29 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır

Aktyor Ben Afflek iki boşanmasından sonra münasibətlərlə bağlı övladlarına məsləhət verməsinin ailədə zarafata çevrildiyini etiraf edib. Ben Afflek bildirib ki, həyat təcrübəsinə əsaslanaraq zaman-zaman övladlarına münasibətlə

.

Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi

Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib. Türkiyə mediası xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialar

.

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

.

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıql

.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Ülviyyə Əliyevaya ağır itki

Akademik Musiqili Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevaya ağır itki üz verib. xəbər verir ki, sənətçinin atası vəfat edib. Aktrisa atasının vəfat etdiyini -a təsdiqləyib. O bildirib ki, atası ikinci dəfə insult keçiri

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. "axşam.az"a istinadla xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını

turlar.az

gozel gorunmek geyim necə seçməli sade makiyaj sekilleri burcler kisiler sepkilere qarsi mualice autizm xesteliyi payız xəstəlikləri kosmetika zehmet ve zinet seksler efsane veten haqqinda atalar sozleri bayatilar