Karantin rejimi zamanı faydalı vitamin açıqlandı
Böyük Britaniyada koronavirus pandemiyası zamanı D vitamini qəbul etmək tövsiyə olunur.
Milli.Az xəbər verir ki, bu barədə İngiltərə İctimai Səhiyyə İdarəsinə istinadən "The Independent" məlumat yayıb.
Mütəxəssislər hesab edirlər ki, insanlar çox vaxt Günəş işığına məruz qalmadıqları üçün D vitaminini kifayət miqdarda almırlar. Odur ki, sağlamlıqlarını gücləndirmək üçün gündə 10 mikroqram vitamin qəbul etmələri tövsiyə olunur.
D vitamini sümüklərin, dişlərin, əzələlərin vəziyyətinə birbaşa təsir edən kalsium və fosfatın bədən tərəfindən udulmasından məsuldur. Bununla birlikdə, bəzilərinin iddia etdiyi kimi D vitamininin koronavirusa yoluxma ehtimalına və ya xəstəliyin müalicəsinə təsir etmədiyi vurğulanıb. Günəş işığına əlavə olaraq, vitaminin əsas mənbələri yumurta sarısı, qırmızı ət və yağlı balıqdır. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir