Kardiomiopatiya - ürəyin naməlum xəstəliyi - Səbəbləri, əlamətləri

Kardiomiopatiya - ürəyin naməlum xəstəliyi - Səbəbləri, əlamətləri1995-ci ildə ÜST xəstəliklər siyahısına yeni ürək xəstəliyi əlavə etdi. Kardiomiopatiya - miokardın naməlum etiologiyalı patologiyası olub, ürəyin aktiv funksionallığının pozulmasıdır. Başqa sözlər, bu xəstəlik ürək əzələsinin birincili dəyişikliyidir. Burda nə iltihab olur, nə işemiya, nə şiş, nə də digər səbəb. 
Miokard hissəsində distrofik dəyişikliklər və skleroz yaranır, nəticədə ürək çatışmazlığı proqres edir.
İkincilu kardiomiopatiyanın isə tətikləyici səbəbləri bəllidi: ürəkdə işemiya varsa, dərman və alkoqolun toksiki təsiri, arterial təzyiq, vaskulit və digər faktorlardan ikincili kardiomiopatiya yaranır.
Milli.Az medicina.az-a istinadən xəstəliyin əlamətlərini və müalicə metodlarını təqdim edir:
Xəstələrin 80%-i kişilər olur. Ən geniş yayılmış forması dilatasion formadır, sol mədəciyin ölçüsü böyüyür, ümumilikdə ürəyin həcmi artır.
Bu gün bu xəstəliyin dəqiq səbəbi bilinmir. Daha çox genetik, irsi səbəb üzərində dayanırlar. Amma çox içki qəbul etmək, virus agentlərinin ürəyə hücumu, autoimmun xəstəliklər də səbəb gətirilir. 
Simptomları:
Zamanla əlamətlər müxtəlif formada özünü göstərir. 
-Xəstə təngnəfəs olur
-Halsızlıq, zəiflik
-Sanki boğulma, nəfəsin çatmaması
-Döş qəfəsi öndən və arxadan ağrı
-Qan durğunluğu səbəbindən qaraciyərin ölçüsü böyüyür
-Ayaqlar şişir
-Döş qəfəsinə maye yığılır
-Ürək ritmi, nəbz pozulur
-Baş gicəllənir
 Diaqnoz üçün kardioloq tərəfindən elektrokardioqrafiya aparılır. Ən yaxşı metod EXQ-dir. Lazım gələrsə MRT, KT təyin edilr. 
Müalicə ilk növbədə ağırlaşmaların qarşısını almaq, ürəyin patoloji dəyişikliklərini yavaşıtmağa yönəlir. 
2019-cu ildə aparılan tədqiqat zamanı, Karvedilolun kardiomiopatiyalı xəstələrdə effekt verdiyi sübut olunub. 
Xəstə vaxtında düzgün müalicə olunmazsa, letal sonluq ola bilər. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1475   Tarix: 15 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom