Kariesin yaranması və fəsadları

Kariesin yaranması və fəsadlarıKaries - dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir.
Yaranma səbəbləri
Ən çox yayılmış səbəblər isə aşağıdakılardır:
- ağız boşluğunun mikroblarla yuksək dərəcədə çirklənməsi;
- ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi;
- dişin sümük toxumasının möhkəmliyinin azalması.
Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir.
Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə agız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər.
Emal və dentinin möhkəmliyi irsi faktorlardan asılıdır. Bundan başqa, dişlərin möhkəmliyi uşağın ilk dövrülərdən etibarən qəbul etdiyi qidaların keyfiyyətindən, az və ya çox xəstələnməsindən də asılıdır. İnsanda kəskin və xroniki xəstəliklərin olması, bədəndə baş verən hormonal dəyişikliklər, müxtəlif qan xəstəlikləri az bir zaman ərzində 10-dan artıq dişdə kariesin əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda çoxsaylı dişlərdə kariesin inkişaf etməsi bədəndə kalsium mübadiləsinin pozulmasını göstərir və mütləq olaraq həkim-pediatrın məsləhətini vacib edir.
Kariyesin profilaktikası
Çoxsaylı mikrob toplumlarının əmələ gəlməsi üçün orta hesabla 12 saat tələb olunur. Məhz buna görə də dişləri gündə iki dəfə təmizləmək məsləhət görülür. Bu mikroblar xüsusilə gecə vaxtları daha aktiv olurlar. Buna görə də valideynlər öz uşaqlarına dişlərini düzgün şəkildə təmizləməyi öyrətməlidirlər. Bu, kariyesin profilaktikası üçün ən yaxşı vasitədir.
Kariesin profilaktikası üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:
1. Ağız boşluğunun gigiyenasına əməl edin: dişləri gündə iki dəfə (səhər və axşam yeməklərindən sonra) olmaqla ftor tərkibli diş pastası ilə təmizləyin.
2. Həkim məsləhətinə uyğun olaraq tərkibinə ftor və kalsium elementləri olan müvafiq həbləri qəbul etmək. Kalsium preparatlarını, bir qayda olaraq, ildə iki kurs olmaqla yazda və payızda qəbul etmək olar
3. İldə 2 dəfədən az olmayaraq (yazda və payızda) usağın yaşına və həkim məsləhətinə uyğun olaraq tərkibində polivitamin-polimineral kompleksi olan həblər qəbul edilməsi.
4. Konfet, mürəbbə, müxtəlif şirniyyatlar, makaron, peçenye və bu kimi məhsulların qəbulunu azaltmaq.
5. Vaxtaşırı stomatoloqun müayinəsindən keçməli.
6. Tərkibində ftor elementi olan xüsusi vasitələrlə ağız boşluğunu qarqara etmək.
Fəsadları
Karies çox təhlükəli bir xəstəlikdir. O, yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, karies özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki iltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) mütləq müalicə etmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1048   Tarix: 11 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadin sayti reseptler donlar 2026 dunyanin en seksual qadinlari qaynar qazan elme aid atalar sözləri yeni geyimler 2026 kosmetika vətənə aid qaynana hakista sperma öpüşme vicdan