Kartofun sağlamlıq üçün faydaları

Kartofun sağlamlıq üçün faydalarıKartofun sağlamlıq üçün faydalarıHəkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir.
Milli.Az "azərtac"a istinadla xəbər verir ki, alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.
Qabığı ilə bərabər yeyildikdə faydalıdır. Böyük Britaniyanın Kral Tibb Cəmiyyəti nəzdindəki sağlam qida forumunun sabiq prezidenti doktor Merilin Qlenvillin sözlərinə görə, kartofu qabıqsız yemək böyük səhv və sağlamlıq üçün nöqsandır. Kartofdan təmizlənmiş bir yumruq həcmində qabıq orqanizmi həkimlərin tövsiyə etdiyi həll olunan lif, kalsium, dəmir, fosfor, sink və C vitamini kimi gündəlik dozanın yarısını əvəz edə bilər. Lakin kartofun qabığı bir qayda olaraq zibil yeşiyinə atılır.
Xərçəng xəstəliklərindən qorunmada faydalıdır. Elmi tədqiqatların nəticələri göstərir ki, kartof tərkibindəki yüksək miqdarda flavonoid, karotinoid və fenol turşularının hesabına antioksidant təsiri göstərir. Bu maddələr qaraciyərdə və yoğun bağırsaqda əmələ gələn xərçəng hüceyrələrinin inkişafını deaktivləşdirir. Qırmızı kartofun tərkində isə ağ kartofa nisbətən antoksidantlar 3-4 dəfə çoxdur.
Beyin və əsəb sisteminin sağlamlığı üçün faydalıdır. Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.
Qanda şəkərin miqdarına nəzarət üçün faydalıdır. Kartofun tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişli materialdır. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını təsdiqləyirlər.
Hipertoniya zamanı faydalıdır. Kartofun tərkibində kaliumun bolluğu arterial təzyiqə daha yaxşı nəzarət etməyə şərait yaradır.
Dəri sağlamlığında faydalıdır. Kalium ilə zəngin olan kartof kimi ərzaqlar dərinin cavan və təravətli görünüşünün saxlanmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır. Kalium, həmçinin hüceyrələrin bölünməsini aktivləşdirir ki, bu da dərinin tonusunu və elastikliyini təmin edir.
Mütəxəssislər yalnız suda bişirilmiş və qızardılmış kartofun kalorili əlavələrsiz və soussuz orta miqdarda qəbul olunmasını sağlamlıq üçün daha faydalı hesab edirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1948   Tarix: 31 iyul 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

gozel gorunmek yay kolleksiyasi maskalar murebbeler sizanaqlara qarsi resept qazan kotleti hazirlanmasi agardici maskalar resepti kosmetika vidyolar video novruza aid hakışta layla novruza aid