Keçmiş arvadının evini yandıran ər: "Həmişə içkili oluram, davay dasvidaniya!" – VİDEO
Sumqayıtda ev sahibəsinin keçmiş həyat yoldaşı ehtiyatsızlıqdan yanğın törədib.
ARB 24 xəbər verir ki, Sədaqət Hüseynovaya məxsus birmərtəbəli 8 otaqdan ibarət yaşayış evi taxta konstruksiya və əşyaları ilə birlikdə yanıb.
Ev sahibəsinin bildirdiyinə görə, hadisəyə səbəb keçmiş həyat yoldaşının sərxoş vəziyyətdə evdə şam yandıraraq yatması olub. Yanan şam aşaraq yastığın üzərinə düşüb od oradan yayılmağa başlayıb. Sərxoş ər evi ağuşuna alan alova müdaxilə etmək əzmində olmayıb.
Sədaqət Hüseynova (ev yiyəsi) : "Oturmuşdum, qəflətən hay-küyə qaçdım. Pəncərədən alovu gödüm, alov püskürdü içəri. Çölə qaçıb hamıya hay saldım. Yanğını söndürəndə gördüm ki, heç nə qalmayıb. Evdən bir dənə də olsun çöp götürməmişik, hamısı külə döndü".
Daşqın Hüseynov (ev yiyəsinin keçmiş əri) : "Şam aşıb evi od tutub. Vəssalam. Axşam içkili olmuşam. Mən ömür boyu içkili oluram. Düzün danışacam. Ayıq olmuram. Nətərdi?! Davay dasvidaniya".
Hadisə ilə bağlı araşdırma aparılır.
f Paylaş








Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur aktyor vəfat etdi
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək