Keçmiş deputatın oğlu atasının SİRLƏRİNİ AÇDI: "Onun şadlıq evləri, restoranları, milyonları …"
Tanınmış reper Anar Nağılbaz atası, keçmiş millət vəkili Rizvan Cəbiyevlə bağlı maraqlı açıqlamalar verib.
Yeniçağ.az-a danışan reper atasının heç vaxt biznesinin olmadığını deyib:
"Atam millət vəkili olduğu dönəmlərdə mənə az-çox dəstək durub, amma mən özüm həmin vaxtlarda kifayət qədər qazanırdım. 2000-2004 cü illərdə Qafqazda ən böyük prodakşın olan "Azəri imic servis" çox məşhur idi. Mən prodakşının nəzdində hip-hop musiqisinin çiçəklənməsi üçün məktəb də açmışdım, tələbələrim vardı. Amma o böyük prodakşını kiçildib, balaca prodakşın elədim. Hazırda elə bir qazanc yerim yoxdur. Çoxları fikirləşir ki, atası vaxtilə deputat olub, yəqin ondan mal-mülk qalıb. Belə deyil, atamın heç vaxt biznes sahəsində səriştəsi, eləcə də şadlıq evləri, restoranları, milyonları olmayıb. Vaxtilə mənə dəstək dursa da, bu gün təqaüdçüdür və onun özünə dəstək lazımdır. Atamdan mənə milyonlar yox, dürüstlük, təmizlik, saflıq qalıb".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir