Keçmiş meneceri Tatlısəsi məhkəməyə verdi
İbrahim Tatlısəsin keçmiş meneceri Şule Yazar sənətçinin onu təhdid etdiyini, mobbinq və psixoloji zorakılıq tətbiq etdiyini iddia edərək, cinayət işi qaldırıb.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə yaşayan keçmiş menecer Şule Yazar məhkəməyə gedərək Tatlısəsdən şikayətçi olub.
Bunun ardından hadisə ilə əlaqədar açıqlamalar verən Yazar, bu addımı ailəsini qorumaq üçün atdığını bildirib:
"İki uşaq anasıyam, övladlarımı və ailəmi qorumağa məcburam. Vəkilimlə birlikdə ərizə verdim. Uzun zaman onun səhvlərini görməsini, mənə olan münasibətini dəyişdirməsini gözlədim amma bu daha da artmağa başladı. Mən ana olmağa hazırlaşırdım və 8 ay bu şiddətə məruz qaldım. Mənə atılan şərləri qəbul etmədim və sonunda dövlətə sığındım. Çünki təhdid olunuram. Tatlısəsin mənə nələr edib, etməyəcəyini bilə bilmirəm, ondan çox qorxuram. Bəlkə də o sözləri əsəbi halda deyib amma, həyata keçirtmək imkanı da var. Mənim şahidlərim, dəlillərim və sübütlarım mövcuddur".
Aysel









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Dünyanın ən gözəl qadını seçildi
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi