Kəkələyən insanlarla doğru münasibət yolları

Kəkələyən insanlarla doğru münasibət yollarıKəkələmə -səslərin, hecaların və ya sözlərin təkrarlanması ilə xarakterizə olunan bir nitq pozğunluğudur. Kəkələmədə səslərin uzadılması və bloklanması kimi nitqdə fasilələr yaranır.
Kəkələyən bir insan nə demək istədiyini bilir, ancaq normal nitq axını yaratmaqda çətinlik çəkir. Belə nitq qüsurları sürətli göz qırpmaları və ya dodaqların titrəməsi kimi mübarizə davranışları ilə müşayiət oluna bilər. Kəkələmə digər insanlarla ünsiyyət qurmağı çətinləşdirə bilər ki, bu da çox vaxt insanın həyat keyfiyyətinə və şəxsiyyətlərarası münasibətlərinə təsir edir. Kəkələmə işləyən insanın həm də iş performansına və imkanlarına mənfi təsir göstərə bilər .
Kəkələmənin simptomları insanın gündəlik həyatında əhəmiyyətli dərəcədə dəyişə bilər.
Simptomlar
Bir sözə və ya cümləyə başlamaqda çətinlik çəkilməsi;
Bir sözün və ya sözdəki səslərin uzadılması;
Bir səsin, hecanın və ya sözün təkrarı;
Müəyyən hecalar və ya sözlər üçün qısa sükut və ya söz daxilində fasilələr (qırılmış söz) yaranması;
Növbəti sözə keçməkdə çətinlik yaranarsa, "um" kimi hecaların əlavə edilməsi;
Söz demək üçün üzün nəfəs almaq və ya bədənin yuxarı hissəsinin həddindən artıq gərginliyi, sıxılması və ya hərəkəti;
Danışmaqdan narahatlıq duymaq;
Effektiv ünsiyyət qurmaq qabiliyyəti məhdudluğu.
Ümumiyyətlə, insanlar qarşısında çıxış etmək və ya telefonla danışmaq  kəkələməni daha da şiddətləndirə bilər, mahnı oxumaq və ya bir ağızdan danışmaq isə kəkələməni müvəqqəti olaraq azalda bilər.
Kimlər kəkələyir?
Ən çox 2 yaşdan 6 yaşa qədər olan uşaqlarda olur, çünki bu yaşlarda dil bacarıqları inkişaf etdirilir. Bütün uşaqların təxminən 5-10 faizi bir neçə həftədən bir neçə ilə qədər davam edən kəkələməyə məruz qalır. Oğlanların kəkələmə ehtimalı qızlardan 2-3 dəfə çoxdur .Uşaqların çoxu kəkələmədən böyüyür. Kəkələyən balacaların təxminən 75 %-i  sağalır.  Qalan 25 % üçün isə kəkələmə ömür boyu ünsiyyət pozğunluğu kimi davam edə bilər.
Nitq normal olaraq necə baş verir?
Normada nitq nəfəs alma, fonasiya (səs çıxarma) və artikulyasiya (boğaz, damaq, dil və dodaqların hərəkəti) ilə əlaqəli olaraq yaranır .Bu prosesdə iştirak edən əzələlərin hərəkətləri beyin tərəfindən idarə olunur və eşitmə, toxunma hisslərimiz vasitəsilə izlənilir.
Kəkələmənin səbəbləri və növləri nələrdir?
Kəkələməyə səbəb olan dəqiq mexanizm öyrənilməmişdir. Kəkələmə ümumiyyətlə,inkişaf və nevroloji olaraq iki növə bölünür.
İnkişaf kəkələməsi
İnkişaf kəkələməsi kiçik uşaqlarda hələ danışma və dil bacarıqlarını öyrənərkən baş verir. Kəkələmənin ən geniş yayılmış formasıdır. Bəzi elm adamları və klinisistlər uşaqların danışma və dil qabiliyyətlərinin onların şifahi tələbatlarının ödənilmədiyi vaxtı inkişaf kəkələməsinin meydana gəldiyini qeyd edirlər. Əksər alimlər inkişaf kəkələməsinin bir çox amillərin qarşılıqlı təsirlərindən qaynaqlandığına inanırlar. Beyin görüntüləmə tədqiqatları kəkələməyən həmyaşıdları ilə müqayisədə kəkələyənlər arasında ardıcıl fərqlər göstərmişdi.
 Ailələrdə inkişaf kəkələməsi də rast gəlinir  və tədqiqatlar göstərir ki, bu tip kəkələməyə genetik faktorlar kömək edir.
Neyrogen kəkələmə
Neyrogen kəkələmə insult, baş beyin travması və ya digər beyin zədələnməsindən sonra baş verə bilər. Belə  kəkələmədə baş beyin nitqdə iştirak edən fərqli  bölgələrini koordinasiya etməkdə çətinlik çəkir və nəticədə aydın və səlis nitq formalaşmasında problemlər yaranır.
Bir zamanlar bütün kəkələmələrin emosional travma nəticəsində yarandığına inanılırdı, amma bu gün psixogen kəkələməyə nadir rast gəlindiyi məlum olmuşdur.
Loqoped
Kəkələmənin korreksiyası ilə məşğul olan mütəxəssis loqopeddir. Uşağı kəkələməyə görə qiymətləndirərkən loqoped onun kəkələmə davranışını davam etdirə biləcəyini və ya artacağını müəyyən etməyə çalışacaq.
Kəkələmə necə müalicə olunur?
Hazırda kəkələmənin xüsusi müalicəsi olmasa da, müxtəlif metodları  mövcuddur. Müalicənin xarakteri insanın yaşı, ünsiyyət məqsədləri və digər amillərdən asılı olaraq fərqlidir.
Uşaqlar üçün terapiya
Azyaşlı uşaqlar üçün erkən müalicə seçilərsə, inkişaf kəkələməsinin ömür boyu problemə çevrilməsinin qarşısı alına bilər. Müəyyən strategiyalar uşaqlarda danışma qabiliyyətlərini inkişaf etdirməyi öyrəndər.Bəzi tədqiqatçılar kəkələmənin artdığını və ya azaldığını müəyyən etmək üçün uşağın hər 3 aydan bir qiymətləndirilməsini tövsiyə edir. Müalicə çox vaxt valideynlərə uşağının səlis nitqini dəstəkləmə yollarını öyrədir.
 Valideynlər  nə etməlidir?
Valideyn uşağın danışması üçün  rahat bir ev mühiti təmin etməlidir .
 Valideyn uşağı ilə danışmaq üçün vaxt ayırmalıdır.Xüsusən, onun həyəcanlı olduğu zaman.
Uşaq danışanda diqqətlə qulaq asılmalı və mesajın məzmununa diqqət edilməlidir . Valideyn necə deyildiyinə reaksiya göstərməməli və ya uşağın sözünü kəsməməlidir.
Bir az yavaş və sakit bir şəkildə danışılmalıdır. Bu, uşağın yaşadığı təzyiqləri azaltmağa kömək edə bilər.
Uşaq danışanda diqqətlə dinlənməli və nəzərdə tutulan sözün sonadək söyləməsi gözlənməlidir. Valideyn uşağın cümlələrini tamamlamağa çalışmamalıdır. Həmçinin, uşağa insanın kəkələmə baş verdikdə belə uğurla ünsiyyət qura biləcəyini anlamasına kömək etməlidir.
Uşaq mövzunu gündəmə gətirərsə, kəkələmə barədə açıq və dürüst danışmaq lazımdır. Ona bildirilməlidir ki, bəzi pozğunluqların baş verməsi mümkündür.
Uşaqdan hər zaman dəqiq və ya düzgün danışılması tələb olunmamalıdır.Söhbətin əyləncəli və zövqlü olmasına icazə verilməlidir.
Ailə yeməklərini söhbət vaxtı kimi istifadə etmək olar.
"Yavaşla" və ya "dərindən nəfəs al" kimi düzəlişlərdən və tənqidlərdən çəkinilməlidir.
Bu şərhlər nə qədər yaxşı niyyətli olsa, uşaq özünü daha şüurlu hiss edəcək.
Narahat olduqda və ya kəkələmə artdıqda uşağını danışmasını və ya ucadan oxuması istənməməlidir.Əksinə, bu vaxtlarda çox danışmağı tələb etmək işləri korlayacaq.
Uşağa danışmadan əvvəl düşünməsi söylənməməlidir.
Uşaqla göz təması qorunmalıdır. Uzağa baxmamağa və əsəbilik əlamətləri göstərməməyə çalışılmalıdır.
Böyüklərdə kəkələmə müalicəsi
Kəkələyən yeniyetmələr və böyüklər üçün mövcud müalicələrin bir çoxu onlara danışarkən kəkələməni minimuma endirmək yollarını öyrədir.Məsələn, daha yavaş danışmaq, nəfəslərini tənzimləmək və ya tək hecalı cavablardan daha uzun sözlərə və daha mürəkkəb cümlələrə tədricən irəliləmək. Bu müalicələrin əksəriyyəti kəkələyən bir insanın müəyyən danışma vəziyyətlərində hiss edə biləcəyi narahatlığı aradan qaldırmağa kömək edir.
Dərman müalicəsi
Tibbdə kəkələmənin müalicəsi üçün heç bir dərmanı təsdiqləməyib. Bununla belə, epilepsiya və ya depressiya kimi digər sağlamlıq problemlərini müalicə etmək üçün təsdiqlənmiş bəzi dərmanlar kəkələmənin müalicəsində istifadə edilir. Bu dərmanların uzun müddət istifadəsi  yan təsirlə yaradır.
Elektron cihazlar
Kəkələyən bəzi insanlar axıcılığı idarə etmək üçün elektron cihazlardan istifadə edirlər. Məsələn, bir növ eşitmə cihazı kimi qulaq kanalına uyğunlaşdırılır və istifadəçinin səsinin bir qədər dəyişdirilmiş versiyasını rəqəmsal olaraq təkrarlayır və sanki başqa bir insanla həmsöhbət kimi danışır. Bəzi insanlarda elektron cihazlar nisbətən qısa müddət ərzində rəvanlıq gətirir . Bu cür təsirlərin nə qədər davam edə biləcəyini və insanların bu cihazlardan real şəraitdə asanlıqla istifadə edə biləcəklərini müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac vardır .Bu səbəblərdən tədqiqatçılar belə cihazların uzunmüddətli effektivliyini araşdırmağa davam edirlər.
Risk faktorları
Kişilər qadınlara nisbətən daha çox kəkələyirlər. Kəkələmə riskini artıran amillər bunlardır:
Uşaq dövründə inkişaf  gecikmələri və ya digər danışma problemləri olanlarda kəkələmə ehtimalı daha yüksəkdir.
Kəkələyən qohumların olması ailələrdə kəkələmə meylliyini artırır.
Ailədəki stres, yüksək valideyn gözləntiləri və ya digər təzyiqlər mövcud kəkələməni pisləşdirə bilər.
Fəsadlar
-Başqaları ilə ünsiyyətdə problemlər
-Danışmaqdan narahat olmaq
-Danışmamaq və ya danışmağı tələb edən -vəziyyətlərdən qaçmaq
-Məktəb və ya işdə iştirakdan qaçmaq və müvəffəqiyyət itkisi ilə qalmaq
-Zorakılığa və ya sataşmalara məruz qalmaq
-Özünə inamın azalması.
Kəkələyənlər üçün:
-probleminizi dəqiq müəyyənləşdirin -kəkələyəndə nə edirsiniz, necə davranırsınız, düşüncələriniz və hissləriniz nədir.
-kəkələmənin olub -olmamasından asılı olmayaraq hər zaman hərtərəfli danışmağa çalışın.
-tədricən həyatınızdakı bütün dəyişiklikləri edin.
-gizlətməyin- kəkələmə yoluxucu olmayan xəstəlikdir.
-sərbəst şəkildə kəkələyin və kəkələyən bir insan olduğunuzu gizlətməyə çalışmayın,
mümkün qədər tez -tez danışmağa çalışın.
Problemə açıq münasibətiniz və səyləriniz sizi qorxudan azad edəcək.
Susmaqdan kəkələmək daha yaxşıdır. Yaxşı bir cəmiyyətdə kəkələdiyinizi unutmayın.
Hira Abbey
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1506   Tarix: 07 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

.

Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı

"Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur" mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücü şişirdildiyi qədər yüksək deyil". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyini

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"

"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər". -a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib. Onun sözlərinə görə, buna erkən diaqnostik

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

İngiltərədə Menengit B epidemiyası: Bilməli olduğunuz məqamlar

Böyük Britaniya sağlamlıq rəsmiləri Kenterberidə artıq iki gəncin ölümünə səbəb olan bakterial Menengit B epidemiyasını araşdırır. Hazırda təsdiqlənmiş və şübhəli halların sayı 20-yə çatıb.  xəbər verir ki, menengit beyi

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

Bayram günü ilə bağlı vacib XƏBƏRDARLIQ

Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.  bildirir ki, Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib. Mütəxəssisləri

turlar.az

makiyaj etmek qaydalari toy makiyajlari toy makiyaji sekilleri uzdeki qara noqteler elm haqqinda atalar sözləri endirimli paltarlar qadin donlari kosmetika novruz bayramına aid rus dili masqalar hakıştalar usaq seirleri