Kəklikotu çiçəklərindən dəmlənən çayın şəfası...

Kəklikotu çiçəklərindən dəmlənən çayın şəfası...Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırırmışlar. Kəklikotu onlar üçün həm də zəhmətsevərlik rəmzi idi. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Elə bu inama görə də bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. İbn Sina, Dioskorid və Böyük Pliniyin əsərlərində kəklikotu barədə məlumatlara rast gəlinir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, ölkəmizin dağlıq və dağətəyi rayonlarında yetişən kəklikotunun yaşıl yerüstü hissəsi bitki çiçəkləyəndə və ya ondan əvvəl yığılır.
Kəklikotu sinir sisteminə çox müsbət təsir edir, beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Başağrıları zamanı yeni dəmlənmiş kəklikotulu çay içmək məsləhətdir. Bu zaman həm də xroniki yorğunluq aradan qalxır, yuxu bərpa olunur. Kəklikotu yaddaşı gücləndirir. Onun qəbulu immun sistemi üçün də çox xeyirlidir. Kəklikotulu çay hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotunu 1 stəkan qaynar suda 20 dəqiqə dəmləmək lazımdır. Çaya bal və limon da əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk əlamətləri özünü büruzə verəndə bu çay çox yaxşı təsir edir, xəstəliyin inkişafının qarşısını alır.
Kəklikotu həm də güclü ağrıkəsicidir, antibakterial və antiseptik təsirə malikdir, onun köməyi ilə başağrısı və bağırsaq spazmını aradan qaldırmaq olar. Kəklikotu dəmləməsi ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətə malik olduğuna görə respirator xəstəlikləri zamanı da geniş istifadə olunur. Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmləri yox edir, qurdqovucu təsir göstərir. Kəklikotu yağı isə güclü yara sağaldan xüsusiyyətə malikdir. Yanıqlar, xoralar və donvurma zamanı kəklikotu yağından istifadə olunur. Hamilə qadınların kəklikotudan istifadə etməsi məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1423   Tarix: 03 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani