Kəllə əsasının sınığı

Kəllə əsasının sınığıKəllə əsasının sınığı mexaniki təsir nəticəsində baş verən ağır kəllə beyin travmasıdır.Kəllə əsasının sınıqları çox vaxt orta kəllə çuxurunda,az hallarda isə ön və arxa çuxurlarda baş verir.Sınığın diaqnozu rentgenoqrammanın nəticəsi sayəsində təsdiqləmək mümkün olmadığına görə diaqnoz nevroloji müayinələrə əsaslanaraq qoyulur.
Kəllə əsasının sınıqları ümumbeyin əlamətləri ilə özünü biruzə verir.Travma alan xəstələrdə ürəkbulanma,qusma,baş ağrıları,baş gicəllənməsi,zəif qızdırma müşahidə olunur.Kəllə sınığı xəstələrdə kötük pozulmalarına,qulaqdan,burundan,gənzikdən,ağızdan qanaxmaya səbəb ola bilir.Mayeli qanaxmaların baş verməsinə selikli qişaların cırılması və sümüklərin sınığı ilə sərt beyin qişasının zədələnməsi səbəb olur.Bu əlamət travmanın ağırlıq dərəcəsini aydınlaşdırır.Burun və qulaqlardan qanaxmanın nevroloji əlamətlərlə birlikdə olması travma zamanı zərbə dalğasının təsirindən təbil pərdəsinin cırılmasının baş verməsini sübut edir.Bu cür qanaxmalar beyin üçün əhəmiyyətsiz sayıla bilər.
Göz qapağında və gözyanı toxumalarda qançırların əmələ gəlməsi isə ön kəllə çuxurunun sınıqları zamanı meydana çıxır.Yumşaq toxumanın yerli zədələnməsi zamanı da göz ətrafında göyərmələr meydana gələ bilir. Amma,ön kəllə çuxurunun sınığı zamanı gözün ətrafındakı göyərmələr "eynək" sindromunu xatırladır.
Kəllə əsasının sınıqlarında kəllə sinirlərinin zədələnməsi özünü biruzə verir.Daha çox üz və eşitmə siniri,az hallarda göz-hərəki,iybilmə,dil-udlaq siniri zədələnir.
Kəllə əsasının sınığı ağır travma nəticəsində baş verdikdə ölümlə nəticələnə bilir.Bəzən xəstələr uzun müddət ağır vəziyyətdə qalırlar .Belə ki,onlarda çox vaxt narahatlılıq,həyəcanlılıq,şüurun pozulması,ağırlaşmalar baş verir.İlkin ağırlaşma meningit əlamətlərinin meydana çıxması ilə başlayır,xəstələrdə baş ağrıları əlamətləri baş verir.
Müalicə kəllədaxili qansızmaları aşkar etmək üçün lümbal punksiyanın olunması ilə aparılır.Qulaqdan gələn qanı saxlamaq üçün tənziflə tampon qoyulur.İnfeksion ağırlaşmaların baş verməməsi üçün antibiotiklərdən,qanaxmanı saxlamaq üçün isə laxtalanmanı gücləndirən preparatlardan istifadə edilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 972   Tarix: 18 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri geyim necə seçməli qadin sayti hakışta sözləri salat reseptləri kombinler 2026 yay qadin ve kisinin seksi kosmetika şebnem tovuzlu cinsi tut ağacı tutdudu intim qız bürcü