Kəndçiləri təhqir edən metro rəsmisi özünü günahkar saymır

Kəndçiləri təhqir edən metro rəsmisi özünü günahkar saymırXəbər verdiyimiz kimi, ötən gün "Bakı Metropoliteni"nin Marketinq və Reklam şöbəsinin rəisi Lalə Babayeva fikirləri ilə diqqət çəkmişdi.

Xanim.az-ın məlumatına görə, o, rayondan gələn əhalini təhqir edərək "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı" sözlərini yazmışdı.

Onun nifrət dolu bu rəyi sosial mediada birmənalı qarşılanmadı və ona qarşı "Hamımız kəndçiyik" həşteqi ilə kampaniya başladıldı.

Daha sonra Babayeva yaranan qalmaqalı sakitləşdirmək üçün əhalidən üzr istədi.

Ancaq bu dəfə Lalə Babayevanın üzrü, qəbahətindən böyük oldu. Belə ki, o fikirlərinin doğru olduğunu yenidən təsdiq etdi və insanların onu yanlış anlamasına görə üzr istədiyini bildirdi.

Bundan başqa Minval.Az saytına müsahibə verən Babayeva orada fikirlərinin arxasında durduğunu da qeyd edib:

"Hesab edirəm ki, mən heç nəyə görə üzr istəməməliyəm..."

"Əgər kəndçilər öz kəndlərində qalsa, metroda daha çox yer olacaq".

"Əgər kənd sakinləri öz yaşayış yerində qalsa, şəhərdə insanların sayı az olar..."

"Mən "metro təmiz olar" ifadəsini işlədəndə xalqın böyük hissəsini nəzərdə tuturam. Gəlin, belə bir sual verək. Onlar haradan gəlir? Regionlardan. Həddindən artıq insan yığını, əlbəttə ki, basabas və zibildir..."

"Əgər hər kəs öz şəhərində və kəndində qalsa, ölkə üzrə insanların bölüşdürülməsi bərabər olacaq".

"Hesab etmirəm ki, kiminsə qarşısında üzr istəməliyəm".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, əməkdaşlarının fikirləri yanlışdır. Qurumda yüzlərlə işçi çalışır və qurum işçilərinin şəxsi fikirlərinə görə məsuliyyət daşımır:

"Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. Dörd ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm.

Bütün qurumlarda olduğu kimi, bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik".

Xəbərlər     Baxılıb: 1849   Tarix: 25 aprel 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

gelinlikler reseptler toy makiyaji sekilleri kesmikli koke qadın dünyası az saç düzümləri is qurmagin yollari kosmetika vicdan seksi həsən bəy zərdabi hakista sozler janrlar