Kəpəklə təbii üsullarla da mübarizə apara bilərsiniz - YOLLARI

Kəpəklə təbii üsullarla da mübarizə apara bilərsiniz - YOLLARIKəpəklə mübarizənin təbii yolları da var.
Milli.Az lent.az-a istinadən doktor Mehmet Uçar hazırladığı materialı təqdim edir:
Kəpəklə mübarizənin təbii yolları
İstəkli dinləyicilər, bu gün sizə kəpəklə mübarizənin təbii yollarından danışırıq. Mətni doktor Mehmet Uçar hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.
Kəpək baş dərisində dərinin qaşınması və soyulması ilə müşayiət olunan ümumi bir dəri xəstəliyidir.
Yoluxucu olmayan kəpəyin müalicəsində insanın yaşı və kəpəyin dərəcəsi mühüm rol oynayır.
Kəpək çox olarsa, dermatoloqa müraciət etmək lazımdır. Orta dərəcədə olan kəpəyi aradan qaldırmaq üçün təbii yollar vardır. Ancaq tətbiqləri həyata keçirməzdən əvvəl yenə bir dermatoloq rəyi alınarsa, yaxşı olar.
Saçda kəpəklə mübarizə yolları
• Kəpəyə qarşı həyat tərzinizi dəyişmək çox vacibdir.
• Stressi idarə etməyi öyrənin. Çünki stress kəpəyin əsas səbəblərindən biridir. Bu anlarda hirs nəzarəti ilə narahatlıq və stressi bədəninizdən çıxarın.
• Günəş işığı kəpək probleminə müsbət təsir göstərir. Ona görə saç dərinizin uyğun vaxtlarda günəşdə qalmasını təmin edin.
• Saçlar həftədə 2-3 dəfə yuyulmalıdır. Yuma zamanı soyuq və isti deyil, ilıq su istifadə edilməlidir.
• Saçınızı yuyarkən sabun və şampun qalıqlarını təmizləmək üçün mütləq yaxşıca yaxalayın.
• Saça forma verən məhsullardan uzaq durun. Saç spreyi, geli, köpüyü baş dərinizin çox yağlanmasına səbəb olur.
• Sıx kəpək dövrlərində saçı buruqlaşdıran və düzləşdirən fenli işləri görməyin, çünki bunlar saç dərisini çox qurudur, kəpəyi artırır.
• Sink və B vitaminlərindən məhrum qalmaq kəpəyə səbəb ola bilir. Adekvat sink və B vitaminləri ilə zəngin bir pəhriz kəpəyin qarşısını alır. A, B vitaminləri və sink qəbulunuzu artırmaq vitamin çatışmazlığından qaynaqlanan kəpəyin qarşısını almaqda çox təsirlidir.
• Kəpəkdən xilas olmağın ən asan yollarından biri də kəpəyə qarşı şampunlardan istifadə etməkdir. Baş dərisi tez-tez yağlanırsa, gündəlik şampunla kəpəyin qarşısını ala bilərsiniz.
• Kəpəyi olan şəxsdə seboreik dermatit və ya başqa dəri xəstəliyi də ola bilər. Mütəxəssis dermatoloqlar saç və baş dərisinə baxaraq vəziyyəti müəyyən edirlər.
Saçda kəpəyə qarşı təkliflər:
Təbii tərkibli şampun. Təkrarlanan kəpək problemlərinin qarşısını almaq üçün saç dərisindəki yağı balanslaşdıran aşılayıcı şampunlara üstünlük verilməlidir. Kəpək problemi baş dərisinin həddindən artıq qurumasından qaynaqlanırsa, parabensiz şampunlardan istifadə etmək lazımdır.
Təbii alma sirkəsi. Kəpəyə qarşı təbii üsullardan biri alma sirkəsidir. Bir kasa su ilə doldurulur və bir az alma sirkəsi ilə qarışdırılır. Hamamdan çıxmazdan əvvəl son durulama bu su ilə edilir.
Təbii yağlar. Kəpək problemi ilə mübarizə aparmağın başqa bir yolu şampununuza təbii aromaterapiya efir yağları əlavə etməkdir.
  Tibbi nanə efir yağı. Həmişə istifadə etdiyiniz şampunun içinə 20 damcı tibbi nanə efir yağı tökülür. Bir müddət şampununuzu bu şəkildə istifadə etməyə başlasanız, kəpəyiniz keçər.
Çay ağacı efir yağı kəpək əlamətlərini aradan qaldırmağa kömək edən güclü antimikrobiyal və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. O həm də kəpəyə səbəb ola bilən göbələk növləri ilə də mübarizədə təsirli olur.
Bunu da qeyd edək ki, həssas dərisi olanlar üçün çay ağacı efir yağı qıcıqlanmaya səbəb ola bilər. Ona görə birbaşa dəriyə tətbiq etməzdən əvvəl Hindistan qozu yağı kimi bir daşıyıcı yağ ilə qarışdırılmalıdır.
Kokos yağı. Yəni Hindistan qozu yağı kəpəyə səbəb ola biləcək mikrob faktorları ilə mübarizə aparır. Onun nəmləndirici xüsusiyyəti dərinin nəmliyini artırır, ekzema və kəpək əlamətlərini azaldır.
Aloe Vera antimikrobiyal və göbələk əleyhinə xüsusiyyətlərə malik olduğu üçün kəpəyə qarşı yaxşı təsiredicidir.
Çiçək yağları ilə masaj etmək baş dərisini nəmləndirmək baxımından faydalıdır.
Çobanyastığı suyundan da saç köklərinin təbii nəmliyini bərpa etmək mümkündür.
Probiotik qəbulunun artırılması immunitet sistemini gücləndirdiyi üçün orta və ağır kəpəyi azalda bilir.
Omeqa-3 yağ turşuları dəri sağlamlığı üçün çox vacibdir. Dərinin yağlanması və nəmlənməsinə yardım etməklə yanaşı, yaraların sağalmasına kömək edir və erkən qocalmanın qarşısını alır. Omeqa-3 yağ turşularının çatışmazlığı quru saç dərisi və kəpəyə yol acır.
  Qızılbalıq (somon), alabalıq və skumbriya kimi yağlı balıqlar Omeqa-3 yağ turşularının əla mənbəyidir.
Siz həmçinin balıq yağı əlavəsi qəbul edə, kətan, çia toxumları və qoz kimi digər Omeqa-3 ilə zəngin qidaların qəbulunu artıra bilərsiniz.
Soda (karbonat) və ya qabartma tozu
  Kəpək üçün praktiki həllərə nəm baş dərisinə az miqdarda soda və ya qabartma tozu masajı da daxildir. Yaş saçlarınıza az miqdarda soda və ya qabartma tozu töküb barmaqlarınızın ucu ilə masaj edərək saçınızı yuyun, nəticəsini görəcəksiniz.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1778   Tarix: 15 sentyabr 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

yaz geyimleri 2026 toy makiyaji sekilleri geyim və ayaqqabılar bilincik resepti məlhəmlər qarazire faydalari kosmetika novruz bayramina aid hakisdalar insan bakire sekisler bayatı