Kərim Natavanı hədələdi: "Biabır olmağını istəmirəm"
Xəbər verdiyimiz kimi, müğənnilər Natavan Həbibi və Kərim Abbasov 5 ildir küsülüdür.
Axşam.az-ın məlumatına görə, bir vaxtlar yaxın dost olan sənətçilər düşmənçiliklərinin səbəbini uzun müddət gizli saxlayıb. Kərimin bu yaxınlarda Natavanın ünvanına dediyi "Qəlbi qaradır. Aygün Kazımovanın ad gününə getdim deyə, məndən küsdü" sözləri qalmaqalı daha da alovlandırıb.
Natavan Kərimə "Kərimin illərdir uşağı olmurdu. Mənim onun övladı olmasından xəbərim yoxdur. Qəlbiqara özünsən" cavabını verib.
K.Abbasov İnstaqram səhifəsində paylaşım edərək, Natavana xəbərdarlıq edib. O, ad çəkmədən müğənniyə hədə-qorxu gəlib:
"Bəzi müğənnilərdən xahişim var. Çox rica edirəm, mənim ünvanıma daş atmayın. Xahiş edirəm, mənlə işiniz olmasın. Lampa öz altını görmür. Amma sizi yaxşı görürəm, tanıyıram. Əgər problem axtarmırsızsa, öz taxta başınızda mənim adıma "stop" deyin. Bu, hədə-qorxu deyil. Sadəcə sizin biabır olmağınızı istəmirəm, bu böyük bir məsləhətdir".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLo-ya verdi
İstanbulda polis əyləncə məkanlarına basqın etdi: Məşhur simalar saxlanılıb
Efirdə hər şey bir-birinə qarışıb
Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI
Daha yaxşı yuxu üçün şam yeməyini nə vaxt yeməliyik?
Yalı çapkını' serialının aktrisası İstanbulda saxlanıldı
Barış qızıl medal qazandı
Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi
Binnur Kaya ekranlara geri dönür
Qamze illər sonra yeni layihədə yer alacaq