Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardımDəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan gedirsə, nəzarətsiz qoymaq olmaq.
Uşaqlarda dərinin hətta kiçik zədələnməsi belə, ağır irinli prosesin, həmçinin tetanusun inkişaf etməsinə də səbəb ola bilər!
Tetanus - sinir sistemini zədələyən infeksion xəstəlikdir. Onu Clostridium tetani bakteriyası törədir. Bu xəstəliyin simptomları - baş ağrıları, əsəbilik, bədən əzələlərinin spazmı, qıcolmalar, tənəffüsün dayanması. Belə xəstəyə vaxtında təcili tibbi yardım göstərilməzsə, o, həlak ola bilər. Tetanusun ən yaxşı profilaktikası - vaksinasiyadır. Bundan əlavə istənilən, hətta ən kiçik yara və ya cızılma sahəsi əsaslı şəkildə diqqətlə işlənməlidir. Vaxtında peyvənd olunmuş uşaqlara, adətən, əlavə profilaktika tələb olunmur. Lakin hər halda zədə almış uşaq həkimin müayinəsindən keçməlidir və məhz həkim tetanus əleyhinə xüsusi zərdabın bu uşağa vurulub-vurulmaması ilə bağlı məsələləri həll etməlidir!
Peyvənd almayan uşaqlara həkimin təyinatına əsasən tetanus əleyhinə zərdab vurulur. Diqqət! Zərdab xüsusi sxem üzrə və hazırlıqlı tibb personalı tərəfindən vurulmalıdır!
Tetanus yalnız uşaqlarda deyil, böyüklərdə də inkişaf edə bilər. Bu xüsusən, dəri dərin şəkildə kəsildikdə, deşildikdə (məsələn, ülgüc, mıx və s. ilə), yara torpaq, heyvan peyini ilə çirkləndikdə baş verir. Məhz buna görə, belə hallar baş verdikdə, tez bir zamanda tibb müəssisəsinə müraciət etmək lazımdır. Həkim xəstəni müayinə edib onun yarasının ilkin cərrahi işlənməsini yerinə yetirdikdən sonra lazımi halda zərdab təyin edir.
Həm uşaqlarda, həm də böyüklərdə həkimə qədərki ilk tibbi yardım məqsədi ilə cızılmış, kəsilmiş, deşilmiş kiçik yaraları ilk növbədə təmiz su ilə yaxşı-yaxşı yumaq, daha sonra hidroqen peroksid məhlulu ilə təmizləmək lazımdır: məhlulu tökərkən əmələ gələn köpüklər yaradakı torpaq və digər çirklənmə hissəciklərini yaradan xaric edir. Daha sonra təmizlənmiş yaranı antiseptik məhlulla (yod, brilyant yaşılı -"zelyonka") silmək və üzərinə təmiz quru tənziflə sarğı qoymaq lazımdır. Yüngül cızılmış sahələri, çox kiçik yaraları açıq saxlamaq olar.
Yadda saxlayın ki, yara səthini (sıyrıntılı, cızılmış kiçik sahə yox, dərinin məhz kifayət qədər böyük sahəsi zədələndikdə!) heç bir halda yod, brilyant yaşılı ("zelyonka") və s. ilə silmək olmaz! Bu zaman yaranı 3%-li hidrogen peroksid məhlulu ilə yumaq (olmadıqda qaynadılmış və ya təmiz içməli su ilə), sonra isə ətrafına yod və ya "zelyonka" çəkərək yaraya təzyiqedici (sıxıcı) sarğı qoymaq lazımdır.
Belə sarğı necə qoyulur? Yaranı təmizlədikdən sonra üzərinə steril tənzif salfet (furasilin məhlulunda islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.
Bintləmə qaydaları:
- xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
- yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
- bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
- bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
- bintin uclarını bədənin sağlam hissəsi üzərində (!) bağlamaq lazımdır.
Qoyulan sarğı ətrafda qan dövranını pozmalı deyil! Əgər travmaya məruz qalmış ətrafda keyləşmə hissiyyatı yaranarsa, ağrı güclənərsə, şişkinlik artarsa və ya sarğıdan aşağıda dəri göyərməyə başlayarsa, sarğını bir qədər boşaltmaq və ya dəyişmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1143   Tarix: 07 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 geyim dəbləri toy makiyajlari hamilələrin qidalanması geyimler 2026 mastopatiya haqqinda yoğun bağırsaq xəstəlikləri kosmetika banan naz mila vətənə aid saglam qidalanma hakisdalar