Keysər kəsiyindən sonra təbii doğuş mümkündürmü?

Keysər kəsiyindən sonra təbii doğuş mümkündürmü?Həkimlər keysər kəsiyi haqqında danışanda, artıq çoxdandır ki, insanlar daha təəccüblənmirlər.
Belə operativ müdaxilə sayəsində bir çox qadınlar uşaq dünyaya gətirə bilmişdirlər. Lakin bu üsul nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın qeysər kəsiyinin köməyi ilə doğmuşdursa, onda onun qarşısına elə sual çıxır ki, növbəti doğuş hansı şəkildə keçəcəkdir. Və mütləqmi keysər kəsiyindən sonra daha bir keysəriyyə keçirilməlidir?
Əvvəllər hesab edilirdi ki, növbəti doğuş yalnız əməliyyat yolu ilə tamamlana bilər. Qadına iki dəfə keysər kəsiyi edilmişdirsə, onda əksər hallarda həkimlər ona sterilləşməni təklif edirdilər ki, yeni hamiləliklər baş verməsin. Bu gün həkimlər tərəfindən belə təkliflər daha edilmir və bundan başqa onlar deyirlər ki, keysəriyyədən sonra müdaxiləsiz sağlam uşaq dünyaya gətirmək tamamilə real bir məsələdir. Çox hallar olub ki, qadınlar keysər kəsiyindən sonra təbii yolla bir neçə uşaq dünyaya gətirmişdirlər.
Bü gün keysər kəsiyinə bir qədər başqa cür yanaşırlar, nəinki bir neçə onilliklər bundan əvvəl. Əgər hər şey düzgün yerinə yetirilsə, keysər kəsiyinin köməyi ilə 10 uşaq da dünyaya gətirmək olar. Ancaq həm hamiləliyin, həm də doğuşun nörmal keçməsi üçün bir necə sadə şərtləri yerinə yetirmək lazımdır. Ən əsas şərt odur ki, hamiləliklər arasında abortlar olmasın və bir doğuşdan o biri doğuşa qədər ən azı 3-4 il keçsin. Bu müddət ərzində uşaqlıq tam bərpa olunacaq, tikişlər isə bitişəcəkdir.
Həmçinin hamilə qadının təbii doğuşa köklənməsi vacib şərtdir, bunun birinci və ya onuncu doğuş olmasından asılı olmayaraq. Şübhəsiz ki, bu həmişə biz istədiyimiz kimi olmur və bəzi hallarda keysəriyyəsiz keçinmək olmur.
Təkrar keysər kəsiyi üçün göstərişlər
Mütləq göstəricilər onlardır ki, qadın nə birinci nə də sonrakı hallarda təbii yolla doğuş keçirə bilmir. Həmçinin həkimlər əməliyyat üçün nisbi göstəricilər haqqında da danışırlar, hansılar ki bəzən birbaşa təbii doğuş zamanı meydana gələ bilər.
- Anatomik və ya kliniki cəhətdən çanağın dar olması. Belə diaqnoz zamanı qeysər kəsiyindən qaçmaq praktiki olaraq mümkün deyil. Halbuki, bir çox Avropa ölkələrində hətta belə diaqnozla da qadınların əksəriyyəti operativ müdaxiləsiz doğmağa müvəffəq olurlar.
- Çanaq sümüklərinin deformasiyası və qasıq sümüklərinin ayrılması;
- Anada onkoloji xəstəliklər;
- Dölün düzgün istiqamətdə yerləşməməsi;
- Uşağın çox böyük ölçüləri;
- Ciftin düzgün istiqamətdə yerləşməməsi və ya vaxtından əvvəl ayrılması. Xüsusilə də bu, uşaqlıqda əvvəlki əməliyyatlardan qalan kəsiklərin olduğu halda təhlükəlidir.
Həmçinin uşaq tərəfindən də hipoksiya və zəif doğuş fəaliyyəti kimi problemlər meydana gələ bilər.
Keysər kəsiyi zamanı ana və uşaq üçün təhlükə
Həkimlər həmişə xəbərdarlıq edirlər ki, Keysər kəsiyi bir əməliyyatdır və o həm ana, həm də uşaq üçün təhlükəli ola bilər. Onlar həmçinin deyə bilərlər ki, Keysəriyyədən sonra müdaxiləsiz doğmaq bir qədər təhlükəlidir, çünki uşaqlıq cırıla (partlaya) bilər. Amma əgər söhbət təkrar Keysər kəsiyindən gedirsə, onda hansısa həyat üçün təhlükəli olan çətinliklərin yarana bilməsi haqqında, onlar hətta bir söz də söyləmirlər.
Buna görə də əgər birinci doğuş zamanı sizə Keysər kəsiyi edilmişdirsə, onda təkrar hamiləliyə əvvəlcədən və dəqiqliklə hazırlanmaq lazımdır. Eyni zamanda təbii doğuş variantını da nəzərdən keçirmək lazımdır. Əlbəttə bu halda ən müxtəlif qorxular yaranır, cırılmalar kimi, amma hətta bu halda da həm ananı həm də uşağı xilas etmək tamamilə mümkündür. Və bugünkü gündə həkimlər artıq dəfələrlə bunu sübut etmişdirlər. Buna görə də heç bir halda özünü təkrar analıq sevincindən məhrum etmək lazım deyil.
Ginekoloq.az

Xəbərlər     Baxılıb: 2082   Tarix: 01 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

turlar.az

gozel gorunmek gelinlikler sac duzumleri şəxsi inkişaf fransiz qadinlari sac düzümləri bürclərin sevgi cədvəli kosmetika kökəlmək üçün kurtlar vadisi banan gozde olar rəksanə