Kiari-Frommel sindromu
Xəstəlik haqqında məlumat tibbə 100 il bundan əvvəl daxil olmuşdur. Xəstəliyin əlamətləri əsasən süd verməyən analarda meydana çıxır. Bunlar aşağıdakılardır:
- amenoreya
- cinsiyyət orqanlarının atrofiyası
- qalaktoreya.
Sonralar bu xəstəliyin doğuşla əlaqəli olmayan formaları da meydana çıxmışdır.
Hamiləlik, doğuş, uzun zaman döşlə əmizdirmə, stresslər, bəzi dərman preparatlarından (rezerpin, aminazin) davamlı qəbulu və revmatik infeksiyalarla əlaqədar olaraq hipofizin ön payının prolaktin hasil edən asidofil hüceyrələrin funksiyası pozulur. Prolaktinin yüksək sekresiyası həm də hipotalamusun prolaktin inhibə edən faktoru ifraz edən hüceyrələrinin funksiyasının pozulması ilə əlaqəli ola bilər.
Hipofizin adenoması bu sindromun inkişafının səbəblərindən biridir. Prolaktinin yüksək hasilatı hipofizin bazofil hüceyrələri tərəfindən FSH və LH sintezini tormozlayır, bu isə esterogen, progesteron və prolaktin arasında nisbətin pozulmasını şərtləndirir. Hormon sintezinin bu pozulmaları müvafiq klinik simptomatikanı - qalaktoreyanı, amenoreyani, hipoqanadizmi, baş ağrıları, görmə funksiyasının pozulmalarını formalaşdırır.
Diaqnostika tipik şikayətlərə, MRT, beynin KT müayinəsi, EEQ, həmçinin hormonal tədqiqatların nəticəsində formalaşır.
Müalicə:
Prolaktin hasilatını azaltmaq məqsədilə parlodel ( bromkriptin və ya dostineks ) tətbiq olunur.
Xəstəliyin şişşəkilli törəməsi zamanı şüa terapiyası məsləhət görülür.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir