Kimlər gündə neçə dilim çörək yeməlidir? - Türkiyəli alim

Kimlər gündə neçə dilim çörək yeməlidir? - Türkiyəli alimÇörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir . Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir. Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.
Milli.Az xəbər verir ki, endokrinoloq, tanınmış professor Abdülkadir Ömər "Hansı çörək sağlamlığımız üçün zərərsizdir və gündə nə qədər çörək yeyilməlidir" sualına cavab verib.
"Cəmiyyətdə belə bir inanc formalaşıb ki, çörək sayəsində daha tez doyuruq. Lakin yadda saxlamaq lazımdır ki, orqanik, kimyəvi maddələrə məruz qalmayan və genetikası dəyişdirilməmiş dənli bitkilərdən əldə edilən undan bişirilən çörək daha tez doymağa kömək edir.
Tam taxıldan hazırlanan çörəkdəki liflər mədə və bağırsaq sağlamlığını qoruyur, qəbizliyin qarşısının alınmasına ciddi təsir edir. Bundan əlavə şəkər xəstələrinin qanda şəkər miqdarının yavaş yüksəlməsinə və xolesterinin nəzarətdə saxlanılmasına yardım edir.
Təbii çörək hansıdır?
Kimyəvi maddələrlə ağardılmamış undan bişən çörək faydalıdır. Məsələn, çovdar, yulaf və buğda unu keçərlidir. Rəfinə edilmiş unun digərləri ilə müqayisədə qida dəyəri fərqlidir. Odur ki, cəmiyyətdə təbii undan hazırlanan çörək məhsulları təbliğ olunmalıdır.
Sözsüz ki, orqanik çörək yerinə, rəfinə edilmiş un, yüksək miqdarda şəkər və yağlar ehtiva edən karbohidrat məhsulları zərərlidir. Rəfinə edilmiş undan hazırlanmış və yüksək miqdarda yağ əlavə edilmiş tortlar, digər şirniyyatlar təhlükəlidir. Bu qidaların kalori dəyəri olduqca yüksək olduğundan köklük və piylənmə başda olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Gündə neçə dilim çörək yeyilməlidir?
- Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Gənc inşaat işçisi ilə artıq çəkili insanın və ya yaşlı diabetli xəstənin çörək norması əlbəttə fərqli olacaq.
Ciddi xəstəliyiniz yoxdursa və ya aktiv həyat tərziniz varsa, orqanik çörəkdən hər yeməkdə ehtiyacınız olan qədər istifadə edə bilərsiniz. Ancaq diabet, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklər olduqda, hər yeməkdə bir dilim çörəklə məhdudlaşmağı öyrənməlisiniz. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1182   Tarix: 08 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar