Kimlər gündüz yatmalıdır, kimlər yox?

Kimlər gündüz yatmalıdır, kimlər yox?Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahət iş qabiliyyətini əhəmiyyətli dərəcədə artıra, diqqəti gücləndirə və sinir sistemini həddindən artıq yüklənmədən qoruya bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, günorta yuxusu hər kəs üçün eyni dərəcədə faydalı deyil. Bəzi insanlar üçün bu vərdiş axşam saatlarında yuxusuzluğa, halsızlığa və orqanizmin bioloji ritmlərinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən günorta yuxusuna ehtiyac şəxsi sağlamlıq vəziyyəti və həyat ritmi nəzərə alınaraq qiymətləndirilməlidir.
Kimlər üçün günorta yuxusu daha faydalıdır?
Milli.Az xəbər verir ki, ntensiv işləyənlər, qeyri-sabit iş qrafiki olanlar, xroniki yorğunluqdan və yüksək stressdən əziyyət çəkənlər qısa istirahətdən sonra özlərini daha gümrah hiss edirlər. Təxminən 20-25 dəqiqəlik dincəlmə hormonal balansın tənzimlənməsinə, stress hormonunun azalmasına və ürək-damar sisteminin qorunmasına müsbət təsir göstərir.
Günorta yuxusuna ehtiyac yeniyetmələr və yaşlı insanlar arasında da daha çox müşahidə olunur. Yeniyetmələrin orqanizmi və beyni inkişaf mərhələsində olduğu üçün gün ərzində enerji səviyyəsini sabit saxlamaq çətinləşir. Yaşlı insanlarda isə gecə yuxusunun daha tez-tez bölünməsi və erkən oyanmalar günorta qısa dincəlmə ilə kompensasiya olunur. Bu hallarda günorta yuxusu sadəcə vərdiş deyil, orqanizmin təbii tələbatı kimi qiymətləndirilir.
Kimlər günorta yuxusundan uzaq durmalıdır?
Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, günorta yuxusu hər kəs üçün uyğun deyil. Yuxusuzluqdan əziyyət çəkən, gecələr tez-tez oyanan və ya ümumi yuxu rejimi pozulmuş şəxslərə günorta saatlarında yatmaq tövsiyə edilmir. Çünki bu, orqanizmə yuxu ehtiyacının qismən ödənildiyi siqnalını verir və axşam saatlarında yuxuya getməyi çətinləşdirir.
Günorta yuxusundan sonra özünü daha halsız hiss edən, oyanmaqda çətinlik çəkən və günün qalan hissəsində enerjisinin azaldığını müşahidə edən insanlar üçün də bu vərdiş arzuolunan deyil. Xüsusilə qalxanabənzər vəz problemləri, aşağı arterial təzyiq və depressiv meyllər olan şəxslərdə günorta mürgüləməsi bəzi simptomları daha da gücləndirə bilər.
Günorta yuxusunu necə düzgün təşkil etmək olar?
Əgər günorta yuxusu sizə müsbət təsir göstərirsə, onun düzgün təşkil edilməsi vacibdir. Mütəxəssislər üçün ən uyğun vaxt 13:00-15:00 aralığı hesab olunur. Bu zaman orqanizmdə enerji səviyyəsi təbii olaraq azalır. Yuxunun müddəti isə 20-30 dəqiqədən artıq olmamalıdır, çünki daha uzun yuxu dərin fazalara keçidə səbəb olur və oyanmanı çətinləşdirir.
Rahat mühitin yaradılması da mühüm şərtlərdən biridir. Otağın işığını azaltmaq, elektron cihazlardan uzaq durmaq və səssiz şərait təmin etmək tövsiyə olunur. Oyanandan dərhal sonra bir qədər hərəkət etmək və ya su içmək isə orqanizmin daha tez aktiv rejimə qayıtmasına kömək edir. Bu qaydalara əməl etməklə günorta istirahətini gecə yuxusuna zərər vermədən faydalı vərdişə çevirmək mümkündür. (lent.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1016   Tarix: 11 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

kosmetik vasiteler donlar 2026 qadin sayti elm haqqinda atalar sozleri süd vəziləri laylalar qonaq otağı üçün pərdələr kosmetika xərçəng bürcü sperma kahfe fali balıq sanamalar