Kimlər oruc tuta bilməz?

Kimlər oruc tuta bilməz?Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif qocalar oruc tutmamaqda güzəştlidirlər.
Milli.Az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev bildirib.
O bildirib ki, hamilə qadınlar sonrakı vaxtlarda qəza tutmalıdırlar.
"Sağlam insanlara isə oruc tutmaq mütləqdir, amma 10 gün və ya 10 gündən az müddətdə səfərə gedəcək insanlar da həmin günlərdə oruc tutmamalıdır. Onlar Ramazan ayından sonrakı vaxtlarda qəza oruclarını tuta bilərlər. 10 gündən çox başqa bir yerdə səfərdə olanlar isə oruc tutmağa mükəlləfdirlər", - deyə o vurğulayıb.
Fuad Nurullayevin sözlərinə görə, Rəcəb və Şaban ayları Ramazana hazırlıq kimi qiymətləndirilir.
"Bir çox möminlər oruca həmin aylardan başlayırlar. Şaban ayından Ramazan ayına oruclu olaraq keçən şəxsə böyük savab yazılır. Şaban ayının sonuncu günü oruc tutub Ramazan ayına oruclu daxil olan insana Allah 1 ayın savab yazır".
İlahiyyatçı alim hesab edir ki, müsəlman dünyası Ramazan ayından layiqincə bəhrələnməlidir, çünki bu ay dua, zikr ayıdır.
"Müqəddəs Quran buyurur ki, bu ayın fəziləti bütün aylardan yüksəkdir, ona görə də Ramazana ayların sultanı deyirlər. Bu ayda insan bacardığı qədər dua etməli, Allahdan günahlarının bağışlanmasını diləməli, ümumiyyətlə, bu ayın mənəvi dəyərlərindən layiqincə istifadə etməlidir. İmkan varsa, iftar süfrəsi açılmalı, kasıblara kömək edilməlidir. İftarda imkansız insanları toplamaq və iftar niyyəti ilə onlara yardımlar etmək savab işlərdəndir.
Peyğəmbərimiz buyurur: yazıq insan odur ki, Ramazan ayına daxil ola və onun sonuna çata, amma özünü bağışlatmadan ondan ayrıla. Ona görə də insanın nə xətası varsa, bağışlanmağını diləməli və ayın sonuna qədər paklanmalıdır".
İlahiyyatçı həmçinin əlavə edib ki, Ramazanda insan təkcə yemək və içməklə deyil, eyni zamanda dili, gözü, qulağı ilə də oruc olmalıdır:
"Nə qeybət etməli, nə də qeybətə qulaq asmalıdır. Günahdan uzaq durmalı, özünü mənən və ruhən saflaşdırmalıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1021   Tarix: 02 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma hamiləlik toy gecesi badimcan tursusu hazirlanmasi gilasın faydası agil haqqinda atalar sözləri kliniki ölüm kosmetika şəhid pomidor klitor qadin saglamlig cantalar