Kimlər oruc tuta bilməz?

Kimlər oruc tuta bilməz?Bu ilin martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutmaq insan orqanizminin sağlamlığı üçün çox önəmlidir. Lakin səhhətində problemi və xroniki xəstəliyi olanlar üçün oruc tutmaq vacib buyrulmur. Belə üçün də oruc tutmaqla bağlı müəyyən təlimatlar var.
Bəs, kimlər oruc tuta bilməz?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev bildirib ki, 6 qrup insan oruc tuta bilməz.
"Aşağıdakı insanların üzərindən Ramazan ayının orucu götürülmüşdür:
1. Yaşın çox olma səbəbindən taqətsiz qocalar;
2. Müəyyən xəstəlikləri (mədə yarası və mədə xorası, şəkərli diabet və s.) olan adamlar;
3. Hamiləliyinin son aylarında olan qadınlar;
4. Süd verən qadınlar;
5. Mensturasiya və ya nifas dövründə olan qadınlar;
6. Səfərdə olan şəxslər; ".
İlahiyyatçı qeyd edib ki, qadınlarda baş verən hallar bitdikdən sonra, səfərdə olanlar isə vətənlərinə qayıtdıqdan sonra Ramazan orucunu qəza edirlər.
Hansı xəstəlikləri olan insanlar oruc tutmamalıdır?
Bu barədə qastroenteroloq Türkan Alyarova Trend-ə bildirib ki, bir sıra mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanlar vardır ki, onlar üçün oruc tutmaq müəyyən qədər problemlər yarada bilər:
"Eyni zamanda oruc tutmaq onların var olan şikayətlərini artıra bilər. Ona görə də əgər, mədə-bağırsaq probleminiz varsa, oruc tutmadan əvvəl mütləq şəkildə bir qastroenteroloqla məsləhətləşmək lazımdır. Bəzi problemlər sadalayacam ki, bu xəstəliklərdən əziyyət çəkən insanların oruc tutmadan öncə mütləq Həkimlə məsləhətləşmələri vacibdir. Birinci növbədə mədə yarası, kəskin qastriti olan insanlar şikayətlərini oruc tutaraq artıra bilərlər. Çünki, orucluq dönəmində biz uzun müddət ac qaldığımız üçün mədə turşuluğu artır, bu da yaranın pisləşməsinə və sağalmasının gecikməsinə gətirib çıxarır. Kəskin mərhələdə qastriti olan insanlarda turşuluq artdığına görə, həm mədə yanması, həm də ağrı şikayətləri arta bilər".
Həkim qeyd edib ki, ikinci yerdə reflüks dayanır:
"Reflüks xəstəliyi mədə möhtəviyyatının qida borusuna geri qayıtması xəstəliyidir. Hansı ki, xəstələr döş qəfəsi arxasında ağrı, yanma, göynəmə şikayətlərindən, gəyirmədən əziyyət çəkirlər.
Oruc tutan zaman mədədə turşuluq artdığına görə, reflüks xəstələri də oruc tutanda mədədəki var olan artmış turşuluğun qida borusuna qayıtması nəticəsində reflüks şikayətləri arta bilir. Eləcə də sahurda ağır yemək yeyildiyi təqdirdə bu da reflüks şikayətlərini artıra bilir. Xüsusilə buna şirniyyat, un məmulatları aitdir. Bunlar ağır qidalar olduğuna görə, yeyilib, sonra gedib yatılması reflüks şikayətini artıracaq. Daha sonra isə deyə bilərəm qıcıqlanmış bağırsaq sindromunu. Son dönəmlərdə çox aktual olan bir problemdir. Buna əsəbi bağırsaq sindromu və ya mədə- bağırsaq nevrozu da deyirik. Stress, düzənsiz qidalanma, uzun müddət ac qalmaq qıcıqlanmış bağırsaq sindromunun şikayətlərini artıra bilər. Əgər xəstədə qəbizlik və ya ishal varsa, daha da pisləşə bilər".
"İltahabi bağırsaq xəstəliyi olan kron xəstəliyindən əziyyət çəkən insanlarda kəskinləşmə mərhələlərində oruc tutmaq həmin şəxslərin vəziyyətlərini pisləşdirə və ağırlaşdıra bilər. Mütləq bu insanlar həkim məsləhəti olmadan oruc tutmamalıdırlar. Mədə və ya həzim sistemi əməliyyatı keçirmiş insanlar da oruc tuta bilməz. Onlarda bağırsaq hərəkətliliyinin yavaşlaması sağalmanı və reabilitasiyanı ləngidir. Əgər xəstəmiz şiddətli qəbizlikdən və ya şiddətli ishaldan əziyyət çəkirsə, bunlar da mütləq nəzarətdə qalmalıdır. Çünki oruc əsnasında ac qalırıq və yetərli miqdarda su qəbul etmirik. Bu qəbizlik şikayətini kəskin artıra bilər. Eləcə də davamlı ishaldan əziyyət çəkən insanlarda bədən yüksək miqdarda maye itirdiyinə görə, və lazımi qədər su qəbul edilmədiyinə görə, ishal şikayətləri də olduqca artar. Sadaladığım xəstəliklərdən əziyyət çəkirsinizsə və oruc tutmaq niyətindəsinizsə, mütləq bir qastroenteroloqa müraciət edin, onun tövsiyyələri əsasında davranın",- deyə həkim əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1047   Tarix: 04 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün

Soyuq içkilərlə birlikdə istifadə olunan plastik pipetlər olduqca geniş yayılıb. Plastik pipetlərin demək olar ki, hər kəs tərəfindən istifadə edilməsi isə sadəcə ətraf mühitin çirklənməsinə səbəb olmur. Mütəxəssislər tez-te

.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloj

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı

Yuxunuzun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri yataq otağınızın temperaturu ola bilər. Mütəxəssislərə görə, nə çox isti, nə də çox soyuq mühit idealdır; bəs dincəldici bir yuxu üçün otaq temperaturu neçə dərəc

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi

Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələlər

turlar.az

sade makiyaj sekilleri qis geyimləri 2026 qadın geyimi sarmisaqin faydasi şəkillər üz və bədənə qulluq vetenperverlik kosmetika aybawi uzeyir bir arzum var haqisda tut ağacı tutdudu