Kimlərə günəbaxan tumu olmaz? – Marketdə satılan duzlu tumların zərərləri

Kimlərə günəbaxan tumu olmaz? – Marketdə satılan duzlu tumların zərərləriTum çırtlamaq qəribə bir asılılıq, bağlılıqdır. Əgər masada tum varsa, onu bitirmədən dayana bilmirsən. Günəbaxan tumlarına belə tələbat, orqanizmin tələbatı, insanın tum qarşısında iradəsizliyinin səbəbini alimlər bədəndə vitamin mineral çatışmazlığı ilə əlaqələndirir. Yəni əgər günlərlə tum çırtlamaq istəyirsizsə, bu tələbatı ödəyin.
Milli.Az medicina.az-a istinadən bildirir ki, yağlı günəbaxan tumları E vitamini ilə zəngindir, bu vitamin uzun ömür, sağlamlıq, seksual aktivliyin vitaminidir. Yarım stəkan tum sutkalıq E vitamini dozasını ödəyir. Bir şərtlə ki, tumlar keyfiyyətli, çiy, həmçinin duzsuz olsun.
Hazırda marketlərdə satılan dəniz duzlu, duzlu, çox qovrulmuş, quru tumlar isə demək olar ki, faydadan çox zərər verir.
Belə ki, tumda olan duz böyrək, ürək, hormonal problemləri olan insanlarda ödem yaradır, bədəndə duzun miqdarını artırır, susuzlaşma yaradır, mineral balansını pozur, təzyiqi qaldırır, bir çox fəsadlar verə bilər. Xüsusən azyaşlı uşaqlara gündə 50-100 qr duzlu tum çırtlamaq, sutkalıq duz miqdarını dəfələrlə aşır və onların orqanizmi üçün ciddi yükdür.
Keyfiyyətli tumların faydaları:
- Artıq toksin, şlakları çıxarır
- Dərialtında kollagen sintezini artırır, qırışları azaldır
- Onkoloji xəstəliklərin profilaktikası
- Ürək damar sistemini möhkəmlədir
- - D vitamini ehtiyatı verir
- Əhvalı yaxşılaşdırır
- Beyni aktivləşdirir
Kimlərə zərərlidir:
- Gecə çıtlamaq olmaz
- Qaraciyər piylənməsi
- Öd, öd yolları diskiniziyası
- Mədə və mədəaltı vəz xəstəlikləri olanlara əks göstərişdir
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2044   Tarix: 31 yanvar 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

hamiləlik toy makiyaji sekilleri gozel gorunmek xina qoymaq qaydasi geyim kombinləri kivi murebbesi bürc xəbərləri kosmetika pehriz hesaplama bayati zəhmət ziyafet geyimleri