Kimlərə süd içmək olmaz? - ZƏRƏRLƏRİ

Kimlərə süd içmək olmaz? - ZƏRƏRLƏRİSüd uşaqlara çox vacibdir və böyüyən orqanizmə faydalıdır. Lakin çox zaman uşaqlarda da imək südündəki laktozaya qarşı dözümsüzlük olur və orqanizm buna reaksiya verir.
Son zamanlar həkimlər böyük yaşlı insanlara bəzi xəstəliklərdə, eləcə də sağlamlıq üçün süddən tamam imtina etməyi tövsiyə, hətta tələb edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, laktoza barədə tibbə ilk dəfə 1619-cu ildə italiyalı Fabriçio Bartolettinin sayəsində məlum olub.
1780-ci ildə kimyaçı isveç Karl Vilhelm bu maddəni süd şəkəri kimi adlandırıb.
Bir çox insanların nazik bağırsağında kifayət qədər laktaza fermenti hasil olmadığı üçün süddəki laktoza tam parçalanıb qlükoza və qalaktoza ayrıla bilmir.
Bu zaman həll olunmamış süd şəkəri bağırsağa keçərək diskomfort, ağrı, köp yaradır, narahatlıq verir. İnsan yaşlandıqca bəzi xəstəliklər səbəbindən laktoza dözümsüzlüyü daha da artır.
Süddə orqanizm üçün vacib kalsiy, A, B, D vitaminləri, yağ turşuları var. Böyük insan da əgər ferment imkanları varsa süd içə bilər.
Təbii süd və süddən hazırlanan məhsullar (inək südü) laktoza dözümsüzlüyü olanlar, nazik bağırsaq və mədəaltı vəz problemi olanlara, eləcə də inək südündə olan zülala allergiyası olanlara olmaz.
Əgər bir stəkan süd içdikdən sonra qarında, dəridə narahatlıqlar hiss edirsizsə, laktoza dözümsüzlüyündən şübhələnmək olar.
Süddə olan doymuş yağ turşuları ürəyə də neqativ təsir göstərə bilər. Onlar piylənmə, köklük və ürək xəstəliklərindən əziyyət çəkən şəxslərə olmaz.
Böyük insana süddən imtinanı həkim konkret analiz və göstərişə uyğun verə bilər. Diyetoloq və ya pəhrizlər naminə südü rasiondan çıxarmaq olmaz.
Südə qarşı qida allergiyası və laktoza dözümsüzlüyü (laktozanı həll edə bilməmək) konkret analiz testlərlə aparılır.
Xəstədə tez-tez köp, ürəkbulanma, keçməyən ishal, qusma, halsızlıq, dəridə səpki, qızartı yaranarsa, həkim laktoza analizi verdirə və sınaq üçün 2-3 həftəlik süd və süd məhsullarını menyudan çıxara bilər.
Əgər süd rasiondan çıxdıqdan sonra bu əlamətlər yoxa çıxarsa, deməli bu insan südə əlini belə uzatmamalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1306   Tarix: 10 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dəniz suyunun saçlara vurduğu zərər

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsini

.

Tut yeməyin faydaları

Yay aylarının sevilən meyvələrindən olan tut təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. axşam.az-a istinadən bildirir ki, vitamin, mineral və antioksidantlarla zəngin olan bu meyvə orqanizmin bir çox funksiyasın

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Bir stəkan çay müalicəni puç edə bilər

Dəmir preparatlarını, qıcolma əleyhinə vasitələri, antidepressantları və antibiotikləri çayla qəbul etmək tövsiyə edilmir. -a istinadən xəbər verir ki, bu barədə saytına mütəxəssis Natalya Kalaşnikova xəbərdarlıq edib. Eksper

.

Arıqlamağa mane olan 3 böyük səhv

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur. -a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib. Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir

turlar.az

aksessuarlar maskalar makiyaj instagram balqabaq plov kokteyl paltarlari qadın və din 3 baci dolmasi kosmetika yutube tut ağacı tutdudu mekteb əfsanələr atalar sozu